SON XƏBƏRLƏR

“Fars dilində danışmaq” uşaqların sağlamlığının meyarı kimi qəbul oluna bilər!

2021.10.20, 07:36
“Fars dilində danışmaq” uşaqların sağlamlığının meyarı kimi qəbul oluna bilər!

Gunaz.tv

GünAz TV: İranın Təhsil Nazirliyi “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edə bilər.

 

Bu barədə Təhsil Nazirliyinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mətbuata məlumat verib.

 

Onun sözlərinə görə, “farsca yetərlilik testi”nin tətbiqi barədə səlahiyyətli məsullarla müzakirələr aparılıb.

 

Plan məktəbə daxil olmaq istəyən uşaqlar üzərində tətbiq olunacağı təqdirdə, fars dilini bilməyən uşaqların sağlamlıq durumu təsdiq olunmayacaq.

 

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Rizvan Həkimzadə məktəbə hazırlaşan uşaqların sağlamlığı və təhsilə hazırlıqla bağlı keçirilən mətbuat konfransında bildirib ki, ümid edirik ki, fars dilinin bilməsi ilə bağlı test məktəbə daxil olarkən deyil, ondan daha iki əvvəl həyata keçiriləcək.

 

Nazir müavini sözügedən planı “meyar dil” adlandırdığı fars dili ilə irtibat qurmaq və təhsil sahəsində ədalət üçün nəzərdə tutulduğunu qeyd edib.

 

Rizvan Həkimzadə İranın dini rəhbəri Əli Xamneyinin fars dili ilə bağlı tövsiyyələrinə işarə edərək vurğulayıb ki, bu barədə rəhbərin tövsiyyəsi böyük əhəmiyyət kəsb edir. Bizim uşaqlarımız elə bir şəraitdə olmalıdır ki, mətləbləri fasr dilində dərk edə bilsin və məktəbi qısa zamanda tərk edən şagirdlər sırasında olmasınlar.

 

Əli Xamneyi ötən günlərdə fars dilinin gələcəyi ilə bağlı öz nigaranlığını bildirmişdir: “Mən fars dili ilə əlaqədar həqiqətən nigaranam. Ona görə ki, ümumi gedişatda fars dili tədricən aradan getməkdədir.”

O fars dilini İranın kimliyi kimi qələmə verərək vurğulamışdır ki, millətin kimliyini qoruyub saxlamaq çox mühüm məsələdir. Ona görə ki, kimliyini itirən bir millət əcnəbilər tərəfindən əriyib məhv olmağa məcburdur.

 

Əli Xamneyinin bu sözləri azərbaycanlılar tərəfindən kəskin etirazla qarşılandı. Onlar “Mən türk dilindən nigaranam, Mən ana dilimdən nigaranam, İran fars deyil, Azərbaycan fars deyil və s. kimi “Hashtag”larla İranın dini rəhbərinin sözlərinə reaksiya verdilər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar