SON XƏBƏRLƏR

Fars əyalətində saxta spirtdən zəhərlənənlərin sayı 530 nəfərə, ölənlərin sayı isə 67 nəfərə yüksəlib

2021.10.20, 07:36
Fars əyalətində saxta spirtdən zəhərlənənlərin sayı 530 nəfərə, ölənlərin sayı isə 67 nəfərə yüksəlib

Gunaz.tv

GünazTV: İranın Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan martın 21-də jurnalistlərə açıqlamasında əyalətdə saxta spirtdən zəhərlənənlərin yeni statistikasını yayıb.

 

Mradiyan deyib ki, əyalətdə koronavirusdan qorunmaq məqsədilə spirtli içkilərə üz tutanların sayı getdikcə artır: “Təəssüflər olsun ki, əyalətdə saxta spirtdən zəhərlənənlərin sayı 530 nəfərə, ölənlərin sayı isə 67 nəfərə yüksəlib. Zəhərlənənlərin isə orta yaş həddi 20-40 yaş arasındadır. Hazırda həmin xəstələrin bir qismi əyalətin müxtəlif xəstəxanalarının reanimasiya şöbələrində müalicə alırlar.

 

Bir daha ölkə əhalisinə müraciət edərək bildiririk ki, spirtli içkilər “Covid-19” virusuna yoluxmanın qarşısını almır və yaxşısı budur ki, vətəndaşları özlərini virusdan qorumaq üçün şəxsi gigiyena qaydalarına riayət etsinlər, həkimlərin və İran Səhiyyə Nazirliyinin bununla bağlı tövsiyələrinə əməl etsinlər” -deyə, Fars əyalətinin Təcili Tibbi Yardım Mərkəzinin rəisi Məhəmməd Cavad Muradiyan əlavə edib.

 

 

Qeyd edək ki, son həftələr İranın müxtəlif şəhər və əyalətlərində koronavirusdan qorunmaq və stressdən qurtulmaq üçün saxta spirtli içkilərə pənah aparan insanların sayı sürətlə artıb. Nəticədə, minlərlə insan saxta spirtdən zəhərlənərək xəstəxanalıq olub, yüzlərlə insan isə həyatını itirib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar