SON XƏBƏRLƏR

Fars-molla rejimi Avropa Birliyini də bezdirir

2021.10.20, 07:36
Fars-molla rejimi Avropa Birliyini də bezdirir

Gunaz.tv
Fars-molla rejimi Avropa Birliyini də bezdirir tehran2.jpg "Rəsmi Tehranın Avropa Birliyi və ABŞ-la bu cür davranışı İranın daxilində gedən proseslərlə bağlıdır" ABŞ-ın MAQATE-dəki (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) nümayəndəsi, səfir Qreqori Şulte bildirib ki, MAQATE Baş direktorunun hesabatında müfəttişlərin neçə illər ərzində çoxsaylı mənbələrdən topladıqları informasiyalar təqdim olunub. Həmin sənəddə burada nüvə silahının yaradılması işlərinə cəlb olunan İran obyektlərinin siyahısı göstərilib. Qreqori Şultenin sözlərinə görə, İran İsfahan və Hatanz kimi yerlərdə bəzi məxfi nüvə obyektləri açmağa cəhd göstərib. Politoloq Leyla Əliyeva İranla bağlı proseslərin gözlənilməz şəkildə dəyişməsinin bir səbəbinin olduğunu bildirdi. Bu ölkənin daxili siyasəti İranın beynəlxalq münasibətlərinə də təsir edir: "Ümumiyyətlə, son vaxtlar İran ətrafında baş verən hadisələr dramatik şəkildə dəyişir. Yəni bu ölkənin beynəlxalq münasibətlərdə vəziyyəti getdikcə gərginləşir. Tural Rəsmi Tehranın Avropa Birliyi və ABŞ-la bu cür davranışı İranın daxilində gedən proseslərlə bağlıdır". Leyla Əliyevanın sözlərinə görə, İran öz mövqeyini Xəzər hövzəsi, Mərkəzi Asiya və Yaxın Şərqdə gücləndirməyə çalışır: "İranın hazırki siyasəti ABŞ-ın yeni sanksiyalara əl atmasına gətirib çıxarır. İranda nüvə silahlarının yaradılması üzrə işlərə cəlb olunan obyektlərin siyahısının ortaya çıxması da təsadüfi deyil. ABŞ-ın MAQATE-dəki rəsmisi faktlara əsaslanıb belə bəyanat verir. Neçə illərdir ki, İranın MAQATE ilə əməkdaşlığı məsələsi gündəmə gəlir və son anda bu əməkdaşlığın tam şəkildə reallaşmasına imkan verilmir. Yəni İran faktiki olaraq bunun üçün lazımi addımları atmır. ABŞ rəsmisinin İranın beynəlxalq münasibətlərin gərgin olduğu bir vaxtda İsfahan və Hatanz kimi yerlərdə bəzi məxfi nüvə obyektləri açmağa cəhd göstərməsini bəyanlaması artıq iki dövlət arasında münasibətlərin daha da gərginləşəcəyindən xəbər verir. Ola bilsin ki, yaxın vaxtlarda Avropa Birliyi də sərt reaksiyalar göstərsin və İranın belə addımlarının qarşısını almaq üçün əməli tədbirlərə əl atsın. Bu cür faktların aşkarlanması dünya üçün ciddi təhlükələrdən xəbər verir". İranın nüvə silahının yayılmamasına dair protokolun müddəalarını yerinə yetirmədiyini deyən Leyla Əliyeva bu ölkənin xarici siyasətinin "yumşalmamasının" özəl səbəbləri olduğunu vurğuladı: "ABŞ İranın BMT TŞ-nin qətnaməsini pozaraq uranı zənginləşdirməsini dəfələrlə bəyanlasa da, indiyədək belə təsəvvür yaranırdı ki, Avropa Birliyi bu məsələyə ciddi yanaşmır. Əgər rəsmi Tehran məxfi nüvə obyektləri açmağa səy göstərirsə, ABŞ kimi Avropa Birliyi də ciddi-cəhdlə bu məsələyə yanaşacaq. Bu gün MAQATE-nin İranla bağlı narahatlığı da başadüşüləndir. Çünki İranın uranı zənginləşdirməsi ilə bağlı faktları gizlətməsinin məsuliyyəti müəyyən mənada MAQATE-nin də üzərinə düşür. Artıq ABŞ və Avropa Birliyinin İrana qarşı əlavə sanksiyaların tətbiqilə bağlı birgə bəyanat verməsi ilkin birgə reaksiyadan xəbər verir". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar