SON XƏBƏRLƏR

Fars rejimi soydaşlarımızın hüquqlarını kobud sürətdə pozur

2021.10.20, 07:36
Fars rejimi soydaşlarımızın hüquqlarını kobud sürətdə pozur

Gunaz.tv
Fars rejimi soydaşlarımızın hüquqlarını kobud sürətdə pozur Yüzdən artıq hərəkatçı işgəncə altındadır 19.06+1.jpg Son bir ayda Güney Azərbaycanda minlərlə soydaşımız həbs edilərək təhlükəsizlik və polis idarələrində sorğu-sual edilib. Onlardan kütləvi aksiyalarda iştirak etməmək barədə yazılı iltizam alınıb. Bunu azərbaycanlıların hüquqlarını müdafiə təşkilatının sədri Faxtə Zəmani bildirib. Onun sözlərinə görə, müvəqqəti azadlığa buraxılanlarla yanaşı hələ də həbsxanalarda və təhlükəsizlik idarələrində yüzdən artıq hərəkat fəalı işgəncələrə məruz qalmaqdadır. Heç bir məhkəmə qərarı olmadan onlara qarşı işgəncələr təbiq edilir, bir çox hərəkatçının səhhətində ciddi problemlər yaranıb. Tibbi yardıma ehtiyacı olan məhbuslar təkadamlıq kameralarda saxlanılır və şübhəli ölümlərin sayı artır. Xanım hüquq müdafiəçisi beynəlxalq təşkilatları İranda insan haqlarının müdafiəsinə diqqət yetirməyə çağırıb vhp

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar