SON XƏBƏRLƏR

Fars şovinist rejimi məhbusların və edamların sayına görə liderdir

2021.10.20, 07:36
Fars şovinist rejimi məhbusların və edamların sayına görə liderdir

Gunaz.tv
Fars şovinist rejimi məhbusların və edamların sayına görə liderdir İran adlanan coğrafi ərazidə həbslər səngimək bilmir. Bu baxımdan fars şovinist rejiminin idarəçiliyində olan həbsxanalarda məhbusların sayı yüksək səviyyədədir. Nəticədə rejim məhbusların sayına görə dünyada yenə də ilk yerlərdən birini tutmuşdur. Hazırda həbsxanalarda 150 min məhbus saxlanılır. Bu da hər 100 min nəfərə düşən məhbus sayına görə rekord göstəricidir. Beləliklə, İran adlanan coğrafi ərazidə hər 100 min nəfərə 200 məhbus düşür. Xatırladaq ki, Asiya qitəsində bu rəqəm 140-dır. Dünyada isə hər 100 min nəfərə düşən məhbus sayı 184-dür. Bu arada fars şovinist rejimi 317 nəfərin edam edilməsi barədə məlumatları rəsmən təsdiqləyib. Lakin “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) edam edilənlərin sayının rəsmi rəqəmlərdə göstərilənlərdən dəfələrlə artıq olacağı ehtimalının yüksək olduğunu bildirir. Hətta rəsmi məlumatlarda göstərilən rəqəmlərə əsasən də fars şovinist rejimi edam cəzasının hələ qüvvədə olduğu ölkələr arasında edamların sayına görə liderliyi qoruyub saxlayır. Bundan əlavə, Tehran şəhərindəki "Evin" həbsxanasında edama məhkum edilən 7 nəfərdən 3-ü artıq dar ağacından asılıb. Qalan 4 nəfərin edamı isə zərərçəkən tərəfinin iştirakı olmadığına görə təxirə salınıb. presspost

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar