SON XƏBƏRLƏR

“Farsca yetərlilik” testini keçə bilməyən azərbaycanlı uşaq qüsurlu uşaqlar məktəbinə göndərilib

2021.10.20, 07:36
“Farsca yetərlilik” testini keçə bilməyən azərbaycanlı uşaq qüsurlu uşaqlar məktəbinə göndərilib

Gunaz.tv

GünAz TV: Bir müddət əvvəl İran Təhsil Nazirliyi tərəfindən gündəmə gətirilən “farsca yetərlilik” testinin Güney Azərbaycanın şəhər və kəndlərində həyata keçirildiyinə dair xəbərlər yayılır.


Məlumata görə, Meşginşəhrin  (Xiyav) bir kəndində azərbaycanlı uşaq “farsca yetərlilik” testini keçə bilmədiyi üçün qüsurlu uşaqlar məktəbinə göndərilib. Belə ki, qeydiyyata alınmaq üçün məktəbə müraciət edən uşaq ona verilən suallara fars dilində cavab verə bilmədiyi üçün qeydiyyata alınmayıb. Məktəb direktoru “farsca yetərlilik” testini keçə bilməyən uşağı qeydiyyata almaq üçün bir məktubla qüsurlu uşaqlar məktəbinə göndərib.


Uşağın atası iyulun 20-də Meşginşəhrin Təhsil Şöbəsinə müraciət edərək uşağının qeydiyyata alınması ilə bağlı göstəriş vermələri üçün yalvar-yaxar edib. Lakin Təhsil Şöbəsinin rəisi Rza Nurizadə kəndli ataya etinasız reaksiya verərək uşağının “farsca yetərlilik” testini keçməli olduğunu vurğulayıb.


İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyini açıqlamışdır.
Plana əsasən, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.


İrqçi layihə ilk dəfə gündəmə gətirilən zaman ona qarşı çoxlu etirazlar oldu, lakin İran rejimi əhalinin etirazına məhəl qoymadan planı həyata keçirməyə başlayıb. Məqsəd məktəbə gedənə qədər ana dilini öyrənmək imkanını uşaqlardan almaq və ailələri evdə fars dilində danışmağa vadar etməkdir. Soydaşlarımız İran rejiminin asilmilasyon siyasətinin tərkib hissəsi olan planın irqçilik zəminində həyata keçirildiyinə inanır.


N.S


SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar