SON XƏBƏRLƏR

“Farsca yetərlilik” testinin tətbiqindən sonra bu dəfə məcburi fars dili kursları başlayıb - Bəluç uşaqları...

2021.10.20, 07:36
“Farsca yetərlilik” testinin tətbiqindən sonra bu dəfə məcburi fars dili kursları başlayıb - Bəluç uşaqları...

Gunaz.tv

GünAz TV: Sistan və Bəluçistanın Təhsil İdarəsi məktəbə daxil olmaq istəyən uşaqlar üçün 100 saatlıq fars dili kurslarının təşkil olunacağını bildirib.

 

Təhsil İdarəsinin açıqlamasına görə, məcburi kurslar bu il yeni dərs ilindən əvvəl bəluç uşaqları üçün təşkil olunacaq.

 

İran Teleradio Şirkəti agentliyinin yaydığı məlumata görə, Sistan və Bəluçistan Təhsil İdarəsinin ibtidai təhsil üzrə rəis müavini Zəhra Purmolayi avqustun 27-də məcburi kurslar haqda geniş məlumat verib. O kursların avqustun 23-dən (Şəhrivər ayının 1-dən) başladığını və bir ay müddətinə davam edəcəyini bildirib.

 

“Uşaq bağçasına gedə bilməyən Sistan və Bəluçistanın ikidilli şəhər və kəndlərində yaşayan 4 min iranlı və 500 nəfər əfqan uşağı bu kurslarda iştirak edəcək.

Kursların keçirilməsindən məqsəd ölkənin təhsil dili olan fars dilində danışmağı öyrənməkdir.”- deyə o bildirib.

 

Bildirilir ki, farsca danışa bilməyən uşaqlar adi məktəblərdə deyil, əqli cəhətdən qüsurlu uşaqlar məktəbinə göndəriləcək.

 

Son vaxtlar fars dili ilə bağlı Güney Azərbaycan məktəblərində də oxşar irqçi bir layihənin tətbiqinə başlanılıb.

 

İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni uşaqların sağlamlığının testi layihəsinə əlavə ediləcəyini açıqlamışdır. O bu qərarı İranın dini lideri Əli Xamneyinin fars dilini öyrənməklə bağlı tövsiyyəsinə diqqət yetirmək, təhsildə ədaləti təmin etmək və ikidilli bölgələrdə şagirdlərə “gec öyrənən” etiketinin vurulmasının qarşısını almaqla əlaqələndirmişdir.

Plana görə, məktəbə daxil olmaq istəyən uşaqlar fars dilində müəyyən qədər danışmalıdır, əks halda onların sağlamlıq durumu təsdiq olunmayacaq və məktəb tərəfindən qeydiyyata alınmayacaq.

 

Hazırda sözügedən test Güney Azərbaycanın bir çox məktəbində tətbiq olunur.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar