“FATF”, İrana maliyyə qanunlarında islahatlar aparmaq üçün oktyabra qədər vaxt verib

30.06.2018, 10:46

GünAzTV: Dünyada qeyri-qanuni yollarla əldə edilmiş çirkli pulların yuyulmasına, maliyyə fırıldaqçılığına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə aparan Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), iyunun 29-da bəyanat yayaraq, İrana maliyyə qanunlarında islahatlar aparmaq üçün oktyabr ayına qədər vaxt verdiyini açıqlayıb. 

 

Bəyanatda bildirilir ki, FATF, İranı bu qrupun qara siyahısına salmasını müvəqqəti olaraq  dayandıraraq, İrana maliyyə qanunlarında düzəlişlər edərək beynəlxalq qanunlarla uyğunlaşdırmaq üçün oktyab ayına qədər möhlət verir: “İran, həmin vaxta qədər terrorçu qruplara dəstək verən maliyyə qanunları strukturuna düzəlişlər etməli, öz qanunlarını beynəlxalq qanunlara uyğun tənzimləməlidir. Əks təqdirdə, rəsmi Tehran, bunun sonrakı mənfi nəticələrini, o cümlədən də sərmayə sahiblərinin bu ölkədə sərmayə yatırmaqdan imtina etməsi riskini qəbul etməlidir.

 

İran, maliyyə qanunlarında dərhal islahatlara başlamalı, bu istiqamətdə hərəkət edəcəyi barədə bizi əmin etməlidir. İran, qarşıdan gələn oktyabr ayına qədər öz qanunlarını FATF-in qanunlarına uyğun tənzimləməli, terrorizmin maliyyələşdirilməsinə şərait yaradan qanunlarına düzəlişlər etməlidir. Əks təqdirdə Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), İrana qarşı lazımi tədbirləri görəcək, bununla bağlı qərarlar verəcək”.

 

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani hökuməti FATF-in tələblərinə uyğun bəzi addımlar atmaq istəsə də, İranın dini lideri axund Əli Xamneyi bir həftə əvvəl parlament deputatları ilə görüşündə FATF-ə qarşı bəyanatlar səsləndirərək, İranın bu qrupa, eləcə də çirkli pulların yuyulmasına və terrorizmə dəstəyə qarşı mübarizə aparan bu kimi beynəlxalq konvensiyalara üzv olmasına qarşı çıxaraq, ölkənin bununla bağlı öz qanunlarını qəbul etməsini tələb edib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Şərqi Azərbaycanda doğum sayı kəskin azalıb

2022-06-30

gun az article

"Azərbaycançılıq irançılığa, türkçülük farsçılığa qarşı mübarizə aparır"- Əhməd Obalı

2022-06-30

gun az article

Təbrizli atlet dünya çempionatına lisenziya qazanıb

2022-06-30

gun az article

Təbrizin qida sənayesi fabrikində güclü yanğın olub

2022-06-30

gun az article

"Görüş”də müzakirə: “Nüvə anlaşması Bərcam çıxılmaz vəziyyətdə” və “Terrorçu SEPAH-da nələr baş verir”-VİDEO

2022-06-30

gun az article

Quzey Azərbaycandan güneyli siyasi məhbuslara dəstək-FOTOLAR

2022-06-30

gun az article

Güneyli siyasi məhbus Rza Şəhabinin həyatı təhlükədədir

2022-06-30

gun az article

"Babək qalasında etnik mərasimlərin qarşısı alınmalıdır"-Kəleybər prokuroru

2022-06-29

gun az article

Urmu və Ocanda Babək qalasına yürüşlə bağlı çağırışlar edilib

2022-06-29

gun az article

Beynəlxalq Əfv Təşkilatı güneyli məhbusla bağlı bəyanat yaydı

2022-06-29

gun az article

"Qonşu ölkələr bizim tərəfdən dostluq mövqeyi hiss etmirlər"- Təbrizli deputatdan Xameneyinin müşavirinə cavab

2022-06-29

gun az article

Təbrizdə etiraz: Əhali Tehran yolunu bağladı

2022-06-29

gun az article

Ərdəbildə Krım-Konqo qızdırması yayılıb

2022-06-29

gun az article

Sulduzda Babək qalasına yürüşlə bağlı afişalar yayılıb-FOTO

2022-06-29

gun az article

“Özümüz” proqramında müzakirə: “Çaldıran savaşından öncə Səfəvi və Osmanlı ilişkiləri”-VİDEO

2022-06-29

gun az article

Təbrizdə su çatışmazlığı böhran həddinə çata bilər

2022-06-29

gun az article

Urmu gölünün bərpası məqsədilə imzatoplama kampaniyası başlayıb

2022-06-29

gun az article

Ərdəbildə Babək qalasına yürüşlə bağlı afışalar yayılıb

2022-06-29

gun az article

Kəleybərdə milli fəal həbs edilib

2022-06-29

gun az article

Qərbi Azərbaycanda 2 tondan çox narkotik maddə müsadirə edilib

2022-06-28