SON XƏBƏRLƏR

Fatih Terim işinə davam edəcək

2021.10.20, 07:36
Fatih Terim işinə davam edəcək

Gunaz.tv
Fatih Terim işinə davam edəcək 1214649241_fateh28.jpg Türkiyə Futbol Federasiyası, “Milli komandaya yeni baş məşqçi axtarılır” xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib. Avropa çempionatında Fatih Terimin başçılığı altında yarımfinala çıxan Türkiyənin gündəmində, təcrübəli məşqçinin gələcəyi ilə bağlı söhbətlər dolaşmaqdadır. Türkiyə Futbol Federasiyası, “Milli komandaya yeni baş məşqçi axtarılır” xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib. Baş məşqçi Fatih Terim və bütün məşqçi heyəti komandada qalacaq və bu vəziyyət, Cənubi Afrikada keçiriləcək 2010-cu il Dünya Çempionatında da dəyişməyəcək. Yayılan xəbərlərin həm Türk futboluna, həm də məşqçi heyətinə ziyan vurduğu bildirilib. Milli komandalar üzrə məsul şəxs Levent Kızıl da, məşqçinin vəzifəsində qalacağını qeyd edib. Təcrübəli məşqçi haqqında, transfer xəbərləri də yayılmaqda davam edir. Tanınmış xəbər agentlikləri, İtaliyanın "Atlanta" və "Napoli" komandalarından sonra, "Reccina"-nın da təcrübəli məşqçi ilə maraqlandığını bildirirlər. Mənbə: /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar