SON XƏBƏRLƏR

Fatimə Mernisi kimdir?

2021.10.20, 07:36
Fatimə Mernisi kimdir?

Gunaz.tv
2003-cü ildə ədəbiyyat üzrə xidmətlərinə görə Asturiya şahzadəsinin İspaniya ödülünü (50 000 euro) 2 qadın — Amerikalı yazar-esseist və kinorejissor Süzen Zontaq və Mərakeşli feminist, sosiologiya üzrə professor, toplumda qadın rolu haqda 5 kitab və monoqrafiya müəllifi Fatimə Mernisi almışdır. Bu ödülü öncədən qazananlar Artur Miller, Qünter Qrass, Karlos Fuentes, Mario Barqas Liosa olmuşlar. 62-yaşlı Mərakeşli yazar xanım hal-hazırda Rəbbət şəhərinin universitetində müəllimdir, sosiologiyadan mühazirələr oxuyur. 20 yaşına qədər hərəmxanada yaşamış, yazıb-oxumağı bacarmayan bu qadın sonralar Fransaya qaçmış, təhsil alıb, Sorbonn universitetini bitirib. Fatimə Mernisinin nənəsi, Lalə Jəsmin əsir götürülərək 1903 ildə Dar-Benkiran adlanan məşhur qul bazarlarının birində satılmışdır. 15 il Fas hərəmxanasında yaşamışdı.Onun nəvəsi Fatimə 1984-cü ildə “Mərakeş qadın gözüylə”, üç ildən sonra isə “Siyasi hərəmxana” adlı kitablar yazmışdı. Hər iki kitab dini nüfuz sahibləri olan üləmaların (din alimləri) təzyiqi altında yasaqlanmışdır. Fatimə Mernisi 1989-cu ildə 80 arzuolunmaz intellektual adamların adları düşən Xomeyninin qara siyahısına daxil edilmişdir. Mərakeşli ziyalı xanımın əsərlərinə qadağa qoyulduğuna baxmayaraq, onun kitabları Suriyada gizlin çoxaltma vasitələrilə əl-əl gəzir. “Siyasi hərəmxana” əsərində F.Mernisi islamda qadına münasibət ənənəsini analiz edir və olduqca cəsarətli fikirlər irəli sürür: Məhəmməd peyqəmbərə nazil olan mətn, miras qoyduğu kəlamlar tarixin gedişatında müsəlman toplumunda qadının kölələşdirilməsinə bəraət qazandırmaq üçün təhrif edilmişdir. F.Mernisinin yazdığı kimi, qadın haqları bəzi müsəlman ölkələrində problem kimi ortaya atılsa da, bu, ümumiyyətlə Quran, sünnət və islam ənənəsindən gəlmir. Sadəcə, iş orasındadır ki, bu haqlar kişi elitalarının maraqlarıyla mübahisəyə girib. Professor Mernisi hesab edir ki, müqədəss mətnlər həmişə nəinki təfsir edilib, həm də çox məharətli manipulyasiya, oyun obyekti olmuşdur. Müsəlman toplumların hakim elitasına məhz bu vəziyyət xasdır. Toplum mütəxəssislərinin fikrincə, islamda reformlar üçün münbit şəraitin yaradılmasında əsas rol qətiyyətlə səsini ucaldan qadınlarındır. Hələ ki çox az tanınan ismlər var ki, müsəlman dünyagörüşünü uzun tarix zamanı sürən kişi şovinizmi xəstəliyindən sağaltmaq üçün çox çalışırlar. Bunlar F.Mernisi, Əzizə əl Hibri, Əminə Vədud Muhsin, İrşad Mənci, Rifat Həsən, Asma Cahangirdir. Reform tərəfdarları sırasında, əlbəttə, kişilər də var: Xalid Əbu əl Fədl, Əbdalla əl- Naim, Səd əl din İbrahim. Bunların hamısı Qərbdə təhsil alanlardır və F. Mernisidən savayı hamısı indi də Qərbdə yaşayır. Hazırladı: İlahə Ucaruh

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar