SON XƏBƏRLƏR

Fəallar Savalan dağına çıxaraq azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər – GÖRÜNTÜ

2021.10.20, 07:36
Fəallar Savalan dağına çıxaraq azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ediblər – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Yeni dərs ili ərəfəsində bir neçə azərbaycanlı milli-mədəni fəal Savalan dağı zirvəsinə çıxaraq azərbaycanlı siyasi məhbuslar və onların ailəsinə dəstək nümayiş etdirib.

 

Çərşənbə günü dağa çıxan fəalların yeganə məqsədi azərbaycalı siyasi məhbusların azadlığa buraxılmasıdır.

 

Fəallar Savalan yüksəkliyində mühəndis Siyamək Mirzayi və Dr. Lətif Həsəni, həmçinin onların həyat yoldaşının şəkillərini əks etdirən banner qaldırıblar.

 

Bannerdə Azərbaycan türkcəsində “Sevgi səni özgürcəsinə sevməkdir” sözü də yazılıb.

 

Siyamək Mirzayi hazırda Tehranın Evin zindanında 3 illik həbs cəzasının 3-cü ilini, Lətif Həsəni isə Kərəcin Rəcayişəhr zindanında 9 illik həbs cəzasının 6-cı ilini keçirməkdədir. Fəallar Azərbaycan türklərinin demokratik və mədəni hüquqları, o cümlədən ana dilində təhsil hüququ uğrunda apardıqları dinc mübarizəyə görə qondarma ittihamlarla həbs edilib.

 

Fəallar, Savalan zirvəsində soyuq və qarlı havanın hökm sürdüyü günlərdə belə bir tədbirə əl atıblar. Onların təqdirəlayiq hərəkəti azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlanıb.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar