SON XƏBƏRLƏR

Fəhlələrdən Ruhaniyə: "Sizin lütfünüz sayəsində daha da kasıbladıq, tibbi ehtiyaclarımızı ala bilməz hala gəldik"

2021.10.20, 07:36
Fəhlələrdən Ruhaniyə: "Sizin lütfünüz sayəsində daha da kasıbladıq, tibbi ehtiyaclarımızı ala bilməz hala gəldik"

Gunaz.tv

GünAz TV: İranın metalurgiya sahəsində çalışan bir qrup fəhlə prezident Həsən Ruhaniyə şikayə dolu məktub ünvanlayıb.

 

Onlar prezidentə bildiriblər ki, sizin, hökumətinizin və sizdən əvvəlki hökumətlərin "lütfü" və "qayğısı" nəticəsində fəhlələr hər ötən gün daha da kasıblayıb və öz gündəlik təlabatlarını təmin edə bilməyəcək səviyyəyə gəliblər.

 

Fəhlələr koronavirusla bağlı yaranmış iqtisadi vəziyyətə görə ödəniləcək işsizlik sığortasının sürücülər, tikinti sahəsində çalışan fəhlələr, küçə ticarəti ilə məşğul olanlar, işsizlərin çoxu və günəmuzd əməklə məşğul olanları əhatə etməməsini tənqid edərək, belə olduğu təqdirdə, evdə qalmağı təbliğ etməyin heç bir əhəmiyyətinin olmadığını qeyd ediblər.

 

Məktubu yazanlar tibbi əlcək, spirt və maska kimi ləvazimatların koronavirus yayıldıqdan sonra dəfələrlə bahalaşması, ondan öncə isə son aylar ərzində ərzaq qiymətlərinin kəskin yüksəlməsinə diqqət çəkərək, aldıqları əməkhaqlarının ehtiyaclarını qarşılamağa yetmədiyini bildiriblər.

 

Digər tərəfdən, İran Milli Məclisinin Fəhlələrlə İş üzrə Fraksiyasının sədri Əlirza Məhcub "İsna" agentliyi ilə müsahibəsi zamanı koronavirus nəticəsində əksər fəhlələrin öz işlərini itirdiyini, iqtisadi baxımdan daha da ağır günlərlə üzləşəcəyini deyib.

 

Koronavirusun hər bir fəhlə ailəsinin aylıq xərcini minimum 300- 400 min tümən artırdığını deyən deputat dövlətə bu çətin günlərdə onlara 1 milyon 500 min tümənlik birdəfəlik sosial yardım göstərməyi tövsiyə edib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar