SON XƏBƏRLƏR

FƏTULLAH GÜLƏN XOMEYNİNİ DƏ VURUB KEÇƏR

2021.10.20, 07:36
FƏTULLAH GÜLƏN XOMEYNİNİ DƏ VURUB KEÇƏR

Gunaz.tv
FƏTULLAH GÜLƏN XOMEYNİNİ DƏ VURUB KEÇƏR elxanshahinoglu44_444.jpg Elxan ŞAHİNOĞLU «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qapadılıb-qapadılmaması ətrafında müzakirələrin auditoriyası genişlənir. Çoxları Konstitusiya Məhkəməsinin qapadılma qərarı verəcəyi fikrindədir. Buna Konstitusiya Məhkəməsinin daha öncə parlamentin səs verdiyi və hicabın ali təhsil ocaqlarında sərbəst girişinə imkan yaradan müddəanı ortadan qaldırılması qərarı da dəlalət edir. Əslində hakim partiyanın rəhbərliyi Konstitusiya Məhkəməsinin qapatma qərarına hazırlaşır. AKP tikiş fabriklərdən birinə partiya bayraqları sifarişi vermişdi. Ancaq qapatma davası gündəliyə gətirildikdən sonra hakim partiya sifarişindən vaz keçib. Məsələ bundadır ki, partiya qapadılarsa, AKP yeni adda və yeni emblemdə ortaya çıxacaq. Deməli, lampanı əks etdirən bayraqlar gələcəkdə işə yaramaya da bilər. Bu isə o deməkdir ki, AKP qapatma qərarını göz altına alıb. Türkiyədə AKP-yə qarşı vahid cəbhə formalaşır. Parlamentdəki Cümhüriyyət Xalq, Milliyətçi Hərəkat və Demokratik Toplum Partiyalarıyla yanaşı ayrı-ayrı siyasətçilər də konfranslar düzənləyərək və ya xaricdəki toplantılara qatılaraq hakim partiyanın yolunu azdığını sübut etməyə çalışırlar. Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl ABŞ-dakı Con Hopkins Universitetində düzənlənən konfransda çıxış edərək “iqtidardakı güclər hər kəsi özləri kimi davranmağa və ibadət etməyə məcbur edirlər” ifadəsini dilə gətirib. Keçmişin geri qayıtdığını iddia edən Dəmirəl qapatma davasına tərəfdar olduğunu bildirib. Dəmirəl çıxışını bu sözlərlə tamamlayıb: “Cumhuriyyəti küçədən tapmamışıq və kimsəyə də təhvil vermək fikrimiz yoxdur”. Keçmiş baş nazir, Ana Vətən Partiyasının sabiq sədri, hazırda isə parlamentdə yalnız özünü təmsil edən Məsud Yılmaz da hakim partiyanı hədəf seçib. O, Avropa Birliyinin Türkiyə ilə bağlı təşkil etdiyi dinləmələrə qatılaraq hakim partiyanın qarasına o ki var döşəyib. Yılmaz Türkiyənin dini dövlətə doğru sürüklənmə təhlükəsinin real olduğu müddətdə ordunun siyasətdən kənar qalmayacağını vurğulayıb. Keşmiş baş nazir İran və Xomeynidən misal çəkib: “İranda da dəyişikliklər baş verəndə ilk mərhələdə dünyəviliyə təhlükə yox idi. Xomeyni Tehrana qayıtdıqdan sonra hətta dünyəviliyi müdafiə edən birisini prezident seçdirmişdi. Sonrası isə hamınıza bəllidir...” Başqa sözlə, Məsud Yılmaz demək istəyib ki, bu gün qalstuk taxan AKP liderləri əslində Türkiyəni dini dövlətə doğru sürükləyir və bir gün gözümüzü acaçağıq ki, dünyəvilikdən əsər-əlamət qalmayıb. Ərdoğanın Xomeyni bənzətməsi bugünlərdə bir başqa formada dilə gətirilib. Türkiyə məhkəməsi Nur camatının lideri Fətulla Gülən üzərində illərdən bəri uzanan ittihamları ortadan qaldırıb. Bununla da ABŞ-da müvəqqəti sığınacaq tapan Gülənin vətəninə dönməsi üçün maneə qalmayıb. Elə buna görədir ki, Türkiyədə bəzi ekspertləri onun Türkiyəyə qaydışını Xomeyninin Parisdən Tehrana qayıdışına bənzətməyə başlayıblar. Fətullah Gülən açıqlamasında bu bənzətməni yersiz adlandırsa da, onun qayıdışını gözləyənlərin sayının milyonları ötməsi amili nəzərə alınmaya bilməz. Qeyri-rəsmi məlumatlara görə, Türkiyədə nurçuluk ideyası ətrafında 5-8 milyon arasında insan birləşir. Fətullah Gülənə dəstək verən iş adamları gəlirlərinin 10-70 faizi arasındakı məbləği qrupa ayırırlar. İstanbulda yaşayan varlı iş adamlarından biri isə hətta hər il 5 milyon dollarından keçir. Ümumilikdə isə Fətullah Gülən camatının məktəb, media və şirkətləryilə birgə 25 milyard (!) dollarlıq kapitalı olduğu irəli sürülür. Göründüyü kimi, Fətullah Gülənin gücü mərhum Xomeyninin gücündən heç də geri qalmır və o, Türkiyəyə qayıdacağı halda isrət-istəməz hakim partiyanın mövqeyini gücləndirəcək. Xomeyni İrana qayıdarkən yalnız ideyası və tərəfdarları var idi. Fətullah Gülənin isə bu ikisindən başqa xeyli maliyyəsi və sistemli fəaliyyət göstərən şəbəkəsi də var. Azərbaycandakı duruma diqqət yetirək. Vaxtilə Türkiyədən məmləkətimizə sistemli şəkildə ilk təşrif buyuranlar məhz Fətulla Gülən tərəfdarları olub. Azərbaycana daha çox diqqət ayıran da məhz Gülənə bağlı mediadır. Türkiyənin populyar “Milliyyət”, “Hürriyyət”, “Sabah” qəzetlərinin gözü və qulağı Avropaya dikililbsə, Azərbaycan haqqında məqalə və xəbərlərə daha çox “Zaman” qəzeti yer ayırır. Elə 26 iyunda Bakıda keçirilən hərbi parad haqqında ən dolğun məlumatı Fətulla Gülən camatına bağlı CHA agentliyi yayıb. Azərbaycanda illərdir Fətullah Gülən camatına bağlı məktəb və ali tədris ocaqları fəaliyyət göstərir. Bu təhsil ocaqlarının məzunları mükəmməl biliyə yiyələnirlər. Fətullah Gülən də məhz təhsil və tədris yoluyla ürəklərə hakim olmağa çalışır. mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar