“Financial Times”: Həsən Ruhani seçici səsini qazanmaq üçün növbəti dəfə Urmu gölündən vasitə kimi istifadə edir

2017-04-22 12:55

GünAz TV: İran prezidenti Həsən Ruhani seçici səsini qazanmaq üçün növbəti dəfə Urmu gölündən vasitə kimi istifadə edir.

 

Bu barədə Böyük Britaniyanın nüfuzlu “Financial Times” qəzetinin 21 aprel sayında məlumat yayılıb.

 

“Həsən Ruhani Qərbi Azərbaycan Vilayətində ətraf-mühit və ictimai faciədən bir vasitə kimi istifadə edərək bölgə əhalisinə vəd verməklə onların səsini qazanmağa nail oldu. Hal-hazırda da hakimiyyəti təmsil edən şəxslər Urmu gölünü qurtarmağa çalışdıqlarını iddia edirlər. Onlar bununla növbəti dəfə bölgə əhalisinin səsini qazanmağa çalışırlar”- deyə qəzetdə qeyd olunub.

 

Məşhur qəzet prezident seçkiləri öncəsi hakimiyyətin yeni təbliğat xarakterli işlərinə də işarə edib: “Prezident seçkiləri yaxınlaşdığı üçün, hökumət Urmu gölü ətrafında əkinçilərə sudan az istifadə etməklə bağlı təzyiqləri azaldıb. Bu, əkinçiləri seçkilər dönəmində narazı salmamağa hesablanıb. Halbuki, yeraltı sualarından az istifadə etmək və qanunsuz su quyusu qazıntılarını dayandırmaq Urmu gölünün qurtarılması üçün labüddür.”

 

Urmiyə ətrafında çuğundur əkinçiliyi ilə məşğul olan Mehdi adlı bir soydaşımız mövzu ilə bağlı “Financial Times” qəzetinə danışıb. “İranın 80 milyonluq əhalisinin üçdə biri türkdür. Urmu gölü isə hamımız üçün önəmlidir və buna görə də Həsən Ruhani və onun vədinə inanmağa məcbur idik. Mən özüm də başqaları kimi Urmu gölü ilə bağlı verdiyi vədə görə Həsən Ruhaniyə səs verdim. Bu səs nə xarici siyasət və nə də iqtisadi məsələlərə görə idi. İndi isə vəziyyətə baxacam. Görək Həsən Ruhaninin rəqiblərinin Urmu gölü böhranı və iqtisadiyyatla bağlı hansı planları var?! Mənim bütün uşaqlıq xatirələrim bu göllə bağlıdır. Mən isti yay günlərində dostlarımla birlikdə bu göldə üzərdim. Ona görə də bu göl mənim üçün çox əzizdir”- deyə Mehdi bildirib.

 

“Financial Times” qəzeti Azərbaycan əhalisinin hazırkı prezidentə olan etimadının səbəblərini şərh etməyə çalışıb. “Həsən Ruhani 2013-cü il mayın 19-da əhaliyə vəd verərək deyib: Urmu gölü quruyarsa 14 vilayət duz fırtınalarına məruz qalacaq. Bu baş verərsə, özünüz təsəvver edin ki, insanların başına hansı bəlalar gələr?! Həsən Ruhani bu sözləri ilə bölgə əhalisinin böyük dəstəyini qazana bildi”- deyə yazıda qeyd olunub.

 

Xatırladaq ki, ölkənin hazırki prezidenti Həsən Ruhaninin 4 il öncə seçkiqabağı təbliğat-təşviqat dönəmində Urmu gölünü böhrandan qurtaracağı ilə bağlı verdiyi vədə rəğmən, göl qurumaqda davam edir və bu günə qədər gölün qurtarılması üçün heç bir əməli addım atılmayıb. Rəsmi açıqlamalara görə, son 19 ay müddətində Urmu gölü üçün nəzərdə tutulan büdcə vəsaitindən bir rial belə icra orqanlarına təhvil verilməyib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Düşmənin döyüş meydanında atıb-qaçdığı hərbi texnikalar- FOTO

2020-10-21

gun az article

Azərbaycanda son sutkada 714 nəfər COVID-19-a yoluxub, 176 nəfər sağalıb, 7 nəfər vəfat edib

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvada Sergey Lavrovla görüşüb

2020-10-21

gun az article

Baş Prokurorluq Qarabağda Ermənistan tərəfdən vuruşan muzdlu döyüşçülərlə bağlı 6 dildə videoçarx hazırlayıb

2020-10-21

gun az article

Pakistanda yaşayış binasında partlayış olub, ölənlər var

2020-10-21

gun az article

Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

2020-10-21

gun az article

Azərbaycan Ordusu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edir

2020-10-21

gun az article

Ermənilər Kaliforniyada azərbaycanlılara qarşı vandalizm aktı törədib

2020-10-21

gun az article

Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti düşmənin itirdiyi hərbi texnikanın siyahısını açıqlayıb

2020-10-20

gun az article

Prezident İlham Əliyev: "Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir"

2020-10-20

gun az article

Ermənilərin atdığı mərmi Tərtərdə yaşayış evinə düşüb, 2 nəfər ölüb

2020-10-20

gun az article

Azərbaycan Ordusu düşmənin xeyli texnikasını və canlı qüvvəsini məhv edib - VİDEO

2020-10-20

gun az article

MN: Düşmən Tərtər və Ağdam rayonlarını atəşə tutur

2020-10-20

gun az article

Baş katib: “Türk dünyası bu müharibədə Azərbaycanın yanındadır”

2020-10-20

gun az article

Pakistan XİN başçısı: “Qardaş Azərbaycan xalqının yanındayıq və onun özünümüdafiə hüququnu dəstəkləyirik” - YENİLƏNİB

2020-10-20

gun az article

Müdafiə Nazirliyi “Əsgərə Məktub Online” layihəsini təqdim edir - VİDEO

2020-10-20

gun az article

İşğaldan azad edilmiş "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 mln. kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək

2020-10-20

gun az article

Azərbaycan Prezidenti: “Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır”

2020-10-19

gun az article

Erməni təxribatı nəticəsində 61 mülki şəxs həlak olub, 282 nəfər yaralanıb

2020-10-19