Firdovsi şeirlərinin irqçi məzmununu tənqid edən azərbaycanlı jurnalist həbs edilib

2020-07-13 19:09

Güney Azərbaycanlı jurnalist, "Maku Times" İnstagram səhifəsinin admini Yavər Sultani  İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Gunaz.tv Quote | Gunaz article

Sultani iyulun 13-də günorta saatlarında Qərbi Azərbaycan əyalətinin Makı (Daşmakı)  şəhərində “Sepah”ın kəşfiyyat əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata əsasən, jurnalist iyulun 2-də Makı şəhərinin “Həftə Fələkəsi”ndə ucaldılan fars şairi Əbülqasım Firdovsinin heykəlinin qaldırılması ilə bağlı yaydığı reportaja görə tutuqlanıb.

 

 

Reportajda Sultani anti-türk və anti-ərəb xarakteri ilə tanınan 10-11-ci əsrlərdə yaşamış Firdovsinin irqçi məzmunlu şeirlərindən nümunələr gətirərək irqçiliyin dünyanın hər yerində olursa olsun məhv edilməsinin zəruri olduğunu vurğulamışdı.

 

 

Azərbaycanlı jurnalist həmçinin afro-amerikalı Corc Floydun ölümündən sonra ABŞ-da və Avropada irqçiliyə qarşı etiraz aksiyalarını, bu etirazlar nəticəsində irqçi hesab edilən bir çox şəxsiyyətlərin heykəllərinin götürülməsini xatırladaraq irqçiliyi əks etdirən Firdovsi heykəlinin bir daha Makıda ucaldılmamasını ümid etmişdi.

 

 

Reportajın yayılmasından sonra Makı Şəhər Şurası açıqlama verərək heykəlin təmir və bərpa işləri ilə əlaqədar qaldırıldığını bildirdi. Daha sonra isə həmin heykəl əvvəlki yerinə qaytarıldı.

 

 

“Sepah”ın kəşfiyyat əməkdaşları iyulun 10-da azərbaycanlı jurnalisti çağıraraq “Maku Times" səhifəsində paylaşdığı reportajın qaldırılmasını tələb ediblər, lakin Sultanı postu silməkdən imtina edib.

 

 

Makı Azad Universitetində inşaat üzrə təhsil alan Yavər Sultani son illərdə "Maku Times" İnstagram səhifəsində Azərbaycan və Makı şəhərinin problemlərini əks etdirməyə çalışıb.

 

 

Qeyd edək ki, 2015-ci ildə Qərbi Azərbaycanın Salmas şəhərində də bənzər hadisə baş vermişdi.  Belə ki, Firdovsi heykəlinin Salmas bələdiyyəsi tərəfindən şəhər meydanlarının birindən götürülməsi İran qəzetləri və xəbər agentlikləri, eləcə də ölkə daxili və xaricində fəaliyyət göstərən millətçi qrupların geniş reaksiyasına səbəb olmuşdu. Bundan sonra həmin dairələrin təzyiqi nəticəsində heykəl yenidən əvvəlki yerinə qaytarılmışdı.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09

gun az article

Germidə dəhşətli yol qəzası: 5 nəfər həlak olub

2021-05-09

gun az article

Siyasi məhbus Əlirza Fərşi məzuniyyətə buraxılıb

2021-05-08

gun az article

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb-​​​​​​​Hüseyn Kəbutərinin meyiti su bəndində tapılıb

2021-05-08

gun az article

Həmədanda məktəblilər etiraz aksiya keçirib-VİDEO

2021-05-08

gun az article

Qoşaçayda vəzifəli şəxs oruc tutmayan vətəndaşı öldürməyə cəhd edib-VİDEO

2021-05-08

gun az article

Mərənddə tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-08

gun az article

Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08

gun az article

Güclü yağış Təbrizdə həyatı iflic etdi: Evlər, dükanlar su altına qaldı-VİDEO

2021-05-08

gun az article

Təbrizdə narazılıq: Divarlara etiraz şüarları yazıldı-FOTOLAR

2021-05-08

gun az article

GünazTV May.07.2021-Azadlıq səsi: Vətənpərvərlik, Azərbaycançılıq

2021-05-07

gun az article

GünazTV May.07.2021: Körpü: İran Şövonizminin Quzey Azərbaycan'da Təxribatçı Cəhdləri

2021-05-07

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ifşa edildi

2021-05-07

gun az article

Güneyli qadın avarçəkənlər bürünc medal qazanıb

2021-05-07

gun az article

Zəngan şəhərinin bələdiyyə işçiləri etiraz aksiyası keçirib

2021-05-07

gun az article

"Allah ona ağıl versin"-İran Güləş Federasiyasının başçısı azərbaycanlı atleti təhqir etdi-VİDEO

2021-05-07

gun az article

Amerikanın İran siyasəti dəyişir?: “Artıq dərk edirlər ki, İran təkcə fars deyil”-İstiqlalçı millət vəkili

2021-05-07

gun az article

Tikantəpədə həbslər olub- 2 milyardlıq cinayət

2021-05-07

gun az article

Zənganda yaşı 3 min il olan tarixi əşyalar tapıldı

2021-05-07

gun az article

Urmuda əməliyyat: Döyüş silahları ələ keçirildi

2021-05-07