Firdovsinin irqçiliyini tənqid edən makulu media fəallarına qarşı 1 illik həbs hökmü təsdiqlənib

2020-10-31 13:24

Oktyabrın 18-də Qərbi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi məhkəmə prosesi keçirmədən makulu jurnalistlərə qarşı iranlı irqçi şair Firdovsinin şovinistliyini tənqid etdikləri üçün çıxarılmış 1 il həbs hökmünü təsdiqləyib.

Gunaz.tv Quote | Gunaz article

Hakimlər Əlipur və İbrahimi "Maku Times"ın rəhbəri Yavər Sultani və "Yurd TV" səhifəsinin admini Fərid Məhəmmədnejadın şikayətlərini təmin etməyərək, 1-ci instansiya məhkəməsinin qərarını dəyişikliklərlə qüvvədə saxlayıb.


Çıxarılmış hökmə əsasən, fəallar məhkəmənin qəti hökmü ilə məhkumluq müddətlərinin 4 ayını həbsxanada keçirməlidilər, qalan 8 ay isə 2 il ərzində təxirə salınır. 


Öncəki məhkəmə prosesində hakim Ürfani Ələmdari Yavər Sultani və Fərid Məhəmmədnejada qarşı "ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qətllərə çağırış etmək" ittihamı ilə 1 il həbs hökmü çıxarmışdı. 


Yavər Sultani iyul ayının sonlarında, Amerikada qaradərili Corc Fyoldun polis tərəfindən öldürülməsindən sonra dünyanın bir çox yerində iqrçi şəxsiyyətlərin heykəllərinin götürülməsi ilə eyni zamanda "Maku Times"ın "İnstagram" səhifəsində paylaşdığı videoda farsdilli irqçi şair Firdovsinin heykəlinin bir daha Makunun Həftə Fələkəsi meydanına qaytarılmamasını arzulamışdı. O, həmçinin Firdovsidən qadın və türk düşmənliyi ehtiva edən misralar paylaşmışdı.

Fərid Məhəmmədnejada qarşı irəli sürülən ittihamda isə bildirilir ki,  o, "Yurd TV"-nin səhifəsində Firdovsinin heykəli, eləcə də "Avaciq" bölgəsində zəbt edilmiş ərazilərlə bağlı videolar yayıb. 


Bu videoların yayılmasından sonra "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsi və İranın Hüquq Mühafizə Qüvvələri hər iki jurnalistdən məhkəməyə şikayət etmişdilər. 


Yavər Sultani "Sepah" terror təşkilatının Kəşfiyyat İdarəsi tərəfindən tutulduqdan 2 gün sonra mülki vəsiqə və Makunun İnqilab məhkəməsinin onun sosial şəbəkələrdə fəaliyyətini qadağan edən qərarı ilə müvəqqəti olaraq sərbəst buraxılıb. 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

İranda 3 ayda 7 mindən çox azyaşlı qız ərə verilib

2021-07-23

gun az article

“Peyğəmbəri söymək”də günahlandırılan iki azərbaycanlı edam ediləcək- Hökm təsdiq edildi

2021-07-23

gun az article

“Azərbaycan mədənləri talanır, ətraf mühit məhv edilir”- Tanınmış ekoloqdan həyəcan təbili

2021-07-23

gun az article

Soyuqbulaqda faciə: İki nəfər Qızılüzən çayında boğuldu

2021-07-23

gun az article

Təbrizli fəal həbs olunub

2021-07-23

gun az article

Təbriz və Urmuda gərginlik: Mitinq ərəfəsi mlli fəallara təzyiqlər başlandı

2021-07-23

gun az article

Güneyli fəal Əkbər Nəiminin həbsi ilə bağlı xəbərlər Türkiyə mediasında

2021-07-23

gun az article

Milli fəal Şahin Bərzgər həbs olunub

2021-07-23

gun az article

Milli fəal Rza Vasiqi məzuniyyətə buraxılıb

2021-07-23

gun az article

GünazTV July.22.2021-Sözümüz:Zülmə Qarşi Nə Etməliyik?

2021-07-22

gun az article

Qəzvində COVİD-19-a görə yüksək təhlükəli qırmızı vəziyyət elan olundu

2021-07-22

gun az article

Qərbi Azərbaycanda yağıntının miqdarı azalıb

2021-07-22

gun az article

Çaldıranda ağır yol qəzası baş verib- Ölənlər var

2021-07-22

gun az article

Qərbi Azərbaycanın Poldəşt bölgəsi içməli su qıtlığından əziyyət çəkir

2021-07-22

gun az article

Millət vəkilindən gizli su çəkilişi layihələrinə etiraz: "Xuzistanın 700 kənd və 25 şəhərində su çatışmazlığı ağlamalı durumdur"

2021-07-22

gun az article

Tikantəpənin qızıl mədənində qarşıdurma: Müəssisənin rəhbəri hadisə yerindən qaçdı

2021-07-22

gun az article

Təbriz Xuzistan etirazlarına dəstək verdi: Vərəqələr yayıldı, mitinqə çağırış edildi-FOTOLAR

2021-07-22

gun az article

GünazTV July.21.2021-Görüş: Ələhvaz'da son durum, Biz nə etməliyik?

2021-07-21

gun az article

Beynəlxalq Əfv Təşkilatı vicdan məhbusu Əlirza Fərşinin azadlığını tələb edir

2021-07-21

gun az article

Güneyli fəal Zeynəb Həmrəng məzuniyyətə buraxıldı

2021-07-21