Səfirliklərin təhlükəsizliyi məsələsi beynəlxalq səviyyədə gündəmə gətirilməlidir

27.01.2023, 20:58

Bu gün səhər saat 08:30 da Azərbaycanın İrandakı səfirliyinə edilən hücum həm beynəlxalq hüququn, həm də İran və Azərbaycan qanunvericiliyinin pozulmasıdır. Çünki səfirliklərin əraziləri toxunulmaz ərazilərdir

Gunaz.tv Quote | Gunaz article

Bu hadisə başvermə səbəbindən asılı olmayaraq beynəlxalq konvensiyalara zidd addımdır. Eyni zamanda, hadisənin nəticəsi, yəni, iki nəfərin yaralanması, bir nəfərin ölümü çox təəssüf doğurur.

Bu hadisəyə ümumi regional kontekstə baxılmalıdır. Son dövrlər İran tərəfindən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir.

Sözdə bəzən Azərbaycanla qardaş, dost olduğunu bildirən İran əməldə növbəti dəfə özünün ölkəmizə qarşı qərəzli mövqeyini nümayiş etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

O qeyd edib ki, bu hadisələrin araşdırılmasında İran hüquq mühafizə orqanlarının göstərəcəyi mövqe maraqlıdır və izlənilməlidir. 

Amma bütün hallarda Azərbaycanın son dövrlərdə, xüsusilə 44 günlük Vətən mübarizəsində qalib gələndən sonra geosiyasi mövqeyinin dəyişməsi, regionda söz sahibi olması bəzi dövlətləri və güc mərkəzlərini narahat edir.

“Hesab edirəm ki, bütün bu hadisələr ən çox Azərbaycanın regionda artan gücü ilə bağlıdır. 

Həm Londondakı, həm də İrandakı səfirliyimizə hücum bir güc mərkəzi tərəfindən idarə olunur. Bu hadisənin davamlı hal alması beynəlxalq hüquqda mənfi bir tendensiya yaradır. 

Bununla bağlı beynəlxalq qurumlar artıq hərəkətə keçməlidir. BMT başda olmaqla, beynəlxalq konvensiyaların iştirakçısı olan dövlətlər buna münasibət bildirməlidir. Bu gün Azərbaycana qarşı baş verən hadisə başqa bir dövlətə qarşı da ola bilər. 

Ona görə bu hadisəyə səssiz qalmamalıdırlar. Səfirliklərin təhlükəsizliyi məsələsi beynəlxalq səviyyədə gündəmə gətirilməlidir”, - deyə C. Hüseynzadə vurğulayıb.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdəbildə Azərbaycana dəstək banneri asılıb

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23

gun az article

Milli fəal Pərviz Siyabi məzuniyyətə buraxılıb

2023-03-23

gun az article

Güneyli məhbusun vəziyyəti ilə bağlı BMT nümayəndəsinə məlumat verildi

2023-03-22

gun az article

Qaşqay gəncin dəfn mərasimi hökumətə qarşı etiraz aksiyasına çevrilib-VİDEO

2023-03-22

gun az article

Bu sistemə son zərbəni Təbriz vuracaq – Xəbərdarlıq

2023-03-22

gun az article

“Özümüz” proqramında müzakirə: “Bayram dəblərimizi qoruyaq” və "25 mart yürüşü”- VİDEO

2023-03-22

gun az article

İranda hökumət məmurları Qaşqay türkünü qətlə yetirib

2023-03-21

gun az article

Bir sıra güneyli fəallar yaz bayramını həbsxabada keçiridilər

2023-03-21

gun az article

"Parlaq gələcək": “İranın ərazi bütövlüyü nə deməkdir” və “Pəhləvi sülaləsi: mumiyalanmış cəsəd”

2023-03-21

gun az article

BMT nümayəndəsi Güney Azərbaycan təşkilatının konfransına qatılacaq

2023-03-21

gun az article

İsrailli nazir: "Güney Azərbaycanın qurulması reallıqdır" 

2023-03-20

gun az article

“Dəyirmi masa”da müzakirə: “25 mart Brüsseldə “Azadlıq, Ədalət, Milli hökumət” şüarı”

2023-03-19