SON XƏBƏRLƏR

Firudin Abbasi İran Milli Məclisinin spikerliyinə namizədliyini irəli sürüb

2021.10.20, 07:36
Firudin Abbasi İran Milli Məclisinin spikerliyinə namizədliyini irəli sürüb

Gunaz.tv

GünAz TV: İranın fevralın 21-də keçirilmiş 11-ci çağırış Milli Məclis seçkilərində Karizun rayonundan seçilmiş deputat Firudin Abbasi spikerliyə namizədliyini irəli sürüb.

 

O, bu barədə qərarını 16 digər millət vəkili ilə keçirdiyi görüşdə elan edib.

 

Deputat bildirib ki, bununla da kənardan Milli Məclisə müdəxilələrin, başqa qurumlar tərəfindən qəbul edilmiş qərarların Parlamentdə qəbul edilməsinə göstərilən cəhdlərin qarşısını almaq istəyir.

 

"Deputatlar spiker seçməklə, Milli Məclisi ölkə idarəçiliyinin əsas orqanlarından biri kimi saxlaya bilmək üçün Parlamentdə özləri qərar qəbul etməlidirlər", - deyə millət vəkili fikirini tamamlayıb.

 

Beləliklə, Firudin Abbasi İranın 11-ci çağırış Parlamentinin spikerliyi üçün rəsmən namizədliyini elan etmiş ilk deputat hesab edilir. O, siyasi karyerası ərzində ölkənin Atom Enerjisi üzrə Agentliyinin rəhbəri vəzifəsində də çalışıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar