Fox News: “İranın nüvə təsisatlarının peykdən çəkilmiş yeni şəkilləri narahatlığı artırıb”

2021-06-09 12:54

Amerikanın “Fox News” telekanalı iyunun 8-də İranın nüvə obyektlərinin peykdən çəkilmiş yeni şəkillərini yayaraq, bunun dünya birliyinin ciddi nigaranlığına səbəb olduğunu bildirib.

Gunaz.tv Quote | Gunaz article

İranın “Səncəriyan” nüvə təsisatının peykdən çəkilmiş yeni şəkillərini əldə etdiyini bildirən telekanal deyib ki, mövcud şəkillər həmin təsisatda şübhəli fəaliyyətlərin aparılmasını göstərir.


“Maxar şirkətinin peykdən çəkdirdiyi şəkillər, 15 oktyabr 2020-ci ildə həmin təsisatda 18 avtomilin fəaliyyət apardığını göstərir. Sonradan bu obyektdəki fəaliyyətlər tədricən artdı və təsisata yeni bir giriş marşrutu yaradıldı, lakin 2021-ci ilin mart ayında onun bütün nişanələri görünməz hala gətirildi”, -deyə “Fox News” telekanalı bildirib.  


Məlumatda deyilir ki, iki informasiya şirkətinin yeni şəkillər əsasında apardığı araşdırmaların nəticələri göstərir ki, həmin təsisatında yeni qazıntı işləri aparılıb, yeni yeraltı tunellər tikilib.


Bildirilir ki, İranın “Səncəriyan” nüvə obyekti paytaxt Tehranın 40 kilometrliyində yerləşən və 361 nəfər əhalisi olan eyni adda bir kəndin yaxınlığında yerləşir. 


Qeyd edilir ki, Tehranın dünya birliyindən gizli saxlamağa çalışdığı bu təsisat ilk dəfə 2018-ci ildə İsrail kəşfiyyatı (Mossad) tərəfindən müəyyən edilərək beynəlxalq birliyə təqdim edilib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şuşa Bəyannaməsi: "Rusiya yeni reallıqları qəbul etməlidir"- Politoloq Yeganə Hacıyeva

2021-06-17

gun az article

Körfəz Əməkdaşlıq Şurası üzvlərindən İranın raket proqramı ilə bağlı tələb

2021-06-17

gun az article

Xamneyi: “İnsanların seçkilərdə iştirak etməməsi xalqın islam respublikası sistemindən uzaqlaşması anlamına gələcək”

2021-06-17

gun az article

Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

2021-06-17

gun az article

İranda daha 1 namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina etdi

2021-06-17

gun az article

Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb

2021-06-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri Bakıda Türkiyə-Uels oyununa baxıblar - FOTOLAR, VİDEO

2021-06-16

gun az article

Ermənistanın 1064 hərbçisi müharibədə itkin düşüb

2021-06-17

gun az article

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

2021-06-17

gun az article

Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

2021-06-17

gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16