SON XƏBƏRLƏR

FRANSA DAHA BİR HİCABLI QADINA VƏTƏNDAŞLIQ VERMƏKDƏN İMTİNA EDİB

2021.10.20, 07:36
FRANSA DAHA BİR HİCABLI QADINA VƏTƏNDAŞLIQ VERMƏKDƏN İMTİNA EDİB

Gunaz.tv
FRANSA DAHA BİR HİCABLI QADINA VƏTƏNDAŞLIQ VERMƏKDƏN İMTİNA EDİB hicab.jpg Fransa hökuməti daha bir hicablı qadına vətəndaşlıq verməkdən imtina edib. Le Monde qəzetinin məlumatına görə, əvvəllər oxşar situasiyalarda etirazın səbəbi kimi digər bəhanələr gətirilirdi. Bu dəfə isə 32 yaşlı mərakeşli Faizəyə vətəndaşlıq verilməməsi üçün başqa heç bir bəhanə tapılmayıb. Faizə 2000-ci ildən Fransada yaşayır, fansızca danışır, Fansa vətəndaşı (müsəlman) ilə evlidir və üç uşağı var. O, Fransa vətəndaşlığı almaq üçün müraciət edib. Vətəndaşlıq verilməsindən imtina isə yalnız bir əsaslanıdırılıb: Faizə hicablıdır. Fansa tarixində ilk dəfə dövlət şurası – ali məhkəmə orqanı əcnəbinin qabiliyyətləri barədə danışarkən dini praktikadan istifadə edib. Qərarda deyilir ki, “Faizə M. öz dininin radikal təcrübəsi uğrunda elə sosial davranış nümayiş etdirib ki, bu, Fransa cəmiyyətinin əsas dəyərləri, kişi və qadın bərabərliyi prinsipləri ilə bir araya sığmır”. Qeyd edək ki, Dövlət Şurasının qərarından sonra isə Faizə heç bir yerə apellyasiya şikayəti verə bilməz.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar