SON XƏBƏRLƏR

Fransa İrana 15 milyard dollar kredit təklif edib, amma müəyyən şərtlərlə

2021.10.20, 07:36
Fransa İrana 15 milyard dollar kredit təklif edib, amma müəyyən şərtlərlə

Gunaz.tv

GünAz TV: Fransa ilə İran arasında aparılan danışıqlarda iştirak edən fransız diplomatlardan biri mediaya aparılan müzakirələrin detalları barədə bəzi məqamları açıqlayıb.

 

Adının açıqlanmadığı diplomat bildirib ki, İran xarici işlər nazirinin müavini Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətinin ötən gün Parisə etdiyi səfər çərçivəsində Fransa tərəfi İrana 15 milyard dollar kredit təklif edib.

 

“İnstex” maliyyə kanalına alternativ kimi təklif edilən bu kreditin qarşılığında rəsmi Paris Tehrana qarşı bəzi şərt irəli sürüb. Onların arasında İranın öz raket proqramını məhdudlaşdırmaq və regionun əmin-amanlığını pozan addımlardan əl çəkmək kimi şərtlər də var. Fransa həmçinin İrandan Livan- İsrail sərhəddində baş verən qarşıdurmaların aradan qaldırılmasını da istəyib.

 

Hələ ki, İran tərəfinin bu təklif və şərtlərə verdiyi cavabla bağlı məlumat yoxdur.

 

Qeyd etmək lazımdır ki, Fransa son aylar ərzində İranla Vaşinqton arasında gərginliklərin aradan qaldırılması üçün vasitəçi kimi çıxış edir. Bu istiqamətdə iki ölkə prezidentləri arasında bir neçə dəfə telefon danışığı baş tutub. Bundan başqa, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bir neçə gün öncə, G-7 toplantısı zamanı Fransaya səfər etmiş, bu ölkənin prezidenti Emmanuel Makron və öz fransız həmkarı ilə görüşmüşdü.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar