SON XƏBƏRLƏR

Fransa İrandan siyasi məhbusun həbsxanada ölməsinə görə izahat tələb edib

2021.10.20, 07:36
Fransa İrandan siyasi məhbusun həbsxanada ölməsinə görə izahat tələb edib

Gunaz.tv

GünAz TV: Fransa İrandan siyasi məhbus Vəhid Səyyadi Nəsirinin aclıq aksiyası nəticəsində ölməsinə görə izahat verməsini tələb edib.

 

Fransa Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı yaydığı bəyanatda Vəhidin siyasi fəaliyyətlərinə görə həbs olunduğu xüsusi ilə qeyd edilir. Bundan başqa, onun həbsxanada ağır cinayət törətmiş məhkumlarla birlikdə saxlanmasına və həbsxanada məhkumların saxlanma prinsiplərinə riayət edilməməsinə görə aclıq aksiyasına başladığı da Fransa Xarici Siyasət İdarəsinin bəyanatında yer alır. Bəyanatda həmçinin İran rejiminin insan hüquqları müdafiəçilərinə qarşı təzyiqləri də qınanır.

 

Xatırladaq ki, iranlı siyasi məhbus Vəhid Səyyadi Nəsiri ötən həftə təqribən iki ay davam edən aclıq aksiyasından sonra ölmüşdü. O, bu ilin yay aylarında öz siyasi fəaliyyətinə görə “müqəddəsləri təhqir etmə”, “dini lideri təhqir etmə”, “rejim əleyhinə təbliğat aparma” kimi qondarma ittihamlarla həbs edilmişdi. Vəhidin ölümündən sonra Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti də bəyanat yayaraq, İranın insan haqlarına riayət etməməsini kəskin tənqid etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar