Fransa məhkəməsi iranlı mühəndisin Amerikaya ekstradisiya edilməsi barədə hökm verib

24.05.2019, 12:00

GünAz TV: Fransa məhkəməsi 41 yaşlı iranlı mühəndisin Amerika Birləşmiş Ştatlarına ekstradisiya edilməsi ilə bağlı hökm verib.

 

Onun ABŞ-ın İrana qarşı qəbul etdiyi sanksiyaları pozmaqda ittiham edildiyi deyilir. Belə ki, 41 yaşlı mühəndis Cəlal Ruhullahnejad “SEPAH”a məxsus şirkətlərin birinin nümayəndəsi kimi Amerikadan hərbi məqsədlər üçün güclü mikrodalğalı sənaye sitemləri alıb, İrana göndərib. Bu sistemlər pilotsuz uçan aparatların hərəkətini pozmaq üçün istifadə oluna bilər.

 

Ruhullahnejad fevral ayının 2-də Rusiyaya, ordan isə Tehrana uçmaq istəyərkən Fransanın Nis hava limanında həbs edilmişdi. Mühəndisin saxlanmasından sonra rəsmi Vaşinqton onun Amerikaya ekstradisiya edilməsini tələb edirdi.

 

Qeyd etmək lazımdır ki, ekstradisiya hökmünün icrası üçün Fransa prezidentinin onu təsdiqləməsi lazımdır.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz