SON XƏBƏRLƏR

Fransa parlamenti Türkiyənin mövqeyinin əleyhinə olan konstitusiyaya dəiyşikliklə bağlı qanunu qəbul edib

2021.10.20, 07:36
Fransa parlamenti Türkiyənin mövqeyinin əleyhinə olan konstitusiyaya dəiyşikliklə bağlı qanunu qəbul edib

Gunaz.tv
FRANSA PARLAMENTİ AVROPA İTTİFAQINA YENİ ÜZVLƏRİN QƏBULU QAYDALARINI ÇƏTİNLƏŞDİRİB fransa_flag.gif Fransa parlamenti Türkiyənin mövqeyinin əleyhinə olan konstitusiyaya dəiyşikliklə bağlı qanunu qəbul edib. 357 səsə qarşı 539 deputatın dəstəyi ilə qəbul edilən dəyişiklik paketində Türkiyənin maraqlarına zidd olan əsas maddə isə Avropa İttifaqına qəbul ediləcək dövlətlərin üzvlüyünün təsdiqlənməsi üçün təcili referendumun keçirilməsidir. Bununla Türkiyənin quruma tam üzvlüyünün əleyhinə olan rəsmi Paris mövqeyini qanuniləşdirib. Lakin dəyişiklik layihəsində Türkiyənin maraqlarına cavab verən bölmə də yer alıb. Maddəyə əsasən referendum keçirilməsi müddəti çatdığı vaxt senat və parlamenentin yuxarı palatasının üzvlərinin beşdə üçünün dəstəyi olacağı təqdirdə prezident Avropa İttifaqının yeni üzvünü təsdiqləməyə borcludur. Senatla yuxarı palata nümayəndələri arasında uzun müddət fikir ayrılığına səbəb olan məhz bu bölmə parlamentin Baş Assambleyasında prezident Nikola Sarkozinin çıxışından sonra təsdiqlənəcək. Qeyd edək ki, Fransa prezidenti Nikola Sarkozi referendum keçirilməsi qərarının ölkə başçısı tərəfindən verilməsini istəyirdi. Hazırkı dəyişiliklər paketi isə hətta şərtli referendum maddəsi salınsa belə, prezident Nikola Sarkozinin uğuru kimi qiymətləndirilir. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar