SON XƏBƏRLƏR

Fransa prezidenti Iranı hədələdi.Nikola Sarkozi: «Israili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək»

2021.10.20, 07:36
Fransa prezidenti Iranı hədələdi.Nikola Sarkozi: «Israili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək»

Gunaz.tv
Fransa prezidenti Iranı hədələdi Nikola Sarkozi: «Israili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək» nikolas_sarkozi-1.jpg Israilin mövcudluğuna hər hansı təhlükə yaranarsa, Fransa bu ölkəni müdafiə edəcək. APA-nın məlumatına görə, bunu Israilə rəsmi səfər edən Fransa prezidenti Nikola Sarkozi Knessetdəki çıxışında deyib. O, Iranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu bildirib: "Israili yox etmək istəyən hər kəs qarşısında Fransanı görəcək. Israil yalnız olmadığını bilməlidir". Israil-Fələstin probleminə toxunan Fransa prezidenti Tel-Əvivin siyasətini tənqid etməkdən çəkinməyib. N.Sarkozi hesab edir ki, fələstinlilərin də dövlət qurmaq hüququ var və Israilin təhlükəsizliyi müstəqil Fələstin dövlətinin qurulması ilə təmin oluna bilər. Onun fikrincə, fələstinli qaçqınların problemi həllini tapmadan və Israilin Iordan çayının qərb sahilində apardığı məskunlaşdırma siyasətinə son qoyulmadan sülhə nail olmaq mümkün deyil: “Yerusəlimi iki dövlətin paytaxtı kimi tanımaq sülhün əsas şərtidir”. Qeyd edək ki, N.Sarkozi Fransua Mitterandan bəri Israil parlamentində çıxış edən ilk Fransa prezidentidir. azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar