SON XƏBƏRLƏR

Fransa Senatı Türkiyənin Avropa Birliyinə qəbulunu çətinləşdirən qanun layihəsini rədd edib

2021.10.20, 07:36
Fransa Senatı Türkiyənin Avropa Birliyinə qəbulunu çətinləşdirən qanun layihəsini rədd edib

Gunaz.tv
Fransa Senatı Türkiyənin Avropa Birliyinə qəbulunu çətinləşdirən qanun layihəsini rədd edib 20080625143806_1.jpg Fransa parlamentinin yuxarı palatası olan Senat Türkiyənin Avropa Birliyinə qəbuluna dair referendumun təşkil olunmasına dair hüquqi düzəlişi rədd edib. Həmin qanun layihəsi parlamentin aşağı palatası tərəfindən may ayında qəbul olunmuş və Senatın hüquq və xarici işlər komissiyaları tərəfindən tənqid edilmişdi. Düzəlişə əsasən əhalisinin sayı Avropa Birliyinin ümumi əhalisinin 5%-dən artıq olan ölkələrin bu quruma üzvlüyü üçün referendumun keçirilməsi şərti irəli sürülürdü. Müzakirələr zamanı çıxış edən senatorlar layihənin Fransaya dost və müttəfiq olan ölkəyə qarşı atılan pis niyyətli, ayrı-seçkilik yaradan addım kimi qiymətləndiriblər. Senatın düzəlişi rədd etməsindən sonra layihə parlamentin aşağı palatasına geri qaytarılacaq. Sənədlə bağlı yekun qərar qanunvericilik orqanının hər iki palatasının iyul ayında keçiriləcək birgə toplantısında qəbul olunacaq. Bunun üçün deputatların 3/5-nün səs verməsi lazım gələcək. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar