SON XƏBƏRLƏR

Fransadan mühüm dəstək

2021.10.20, 07:36
Fransadan mühüm dəstək

Gunaz.tv
Fransadan mühüm dəstək analit.jpg Qabriel Keller: "BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməsini vacib sayırıq" BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin bir çoxunun yerinə yetirilməməsi təəssüf doğurur. Bunu dünən keçirdiyi mətbuat konfransında Fransanın Azərbaycandakı yeni səfiri Qabriel Keller bəyan etdi. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə, İsrail tərəfindən zəbt olunmuş Qəzza zolağına və keçmiş Yuqoslaviyaya dair BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsinin hələ də yerinə yetirilməməsi narahatlıq doğurur. "Fransa BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bütün qətnamələrin yerinə yetirilməsini vacib sayır" - deyən Q.Keller vurğuladı ki, qətnamələrin yerinə yetirilməsini təmin etmək olar. Bu, BMT Xartiyasının 7-ci bəndinə əsasən silahdan istifadə yolu ilə mümkündür. Lakin bunun üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Səfir bildirdi ki, Azərbaycan Fransa üçün siyasi cəhətdən vacib ölkədir və rəsmi Parisin xarici siyasətində mühüm rol oynayır. Azərbaycan Avropa İttifaqının eneryi təhlükəsizliyi baxımından da xüsusi əhəmiyyət kəsb edir. O, ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini də bir daha nəzərə çatdırdı. Diplomat qeyd etdi ki, Fransa bu münaqişənin sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündən danışan Q.Keller hazırda danışıqların hər iki ölkə başçısının razılığı ilə Madrid təklifləri əsasında davam etdirildiyini bildirdi. Xatırladaq ki, Fransa BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair qətnamənin əleyhinə səs verib. Bununla bağlı suala cavabında səfir ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrinin (Rusiya və ABŞ) də qətnamənin əleyhinə səs vermələrini önə çəkdi və həmsədrlərin istənilən məsələyə vahid mövqe nümayiş etdirdiklərini söylədi: "Amma bu heç də o demək deyil ki, biz qətnamədəki bəndlərlə razı deyilik". Səfir bildirdi ki, sadəcə olaraq qətnamə ilə Madrid təklifləri arasında bir qanunauyğunsuzluq mövcuddur. Yəni danışıqlardakı elementlərin hamısı orada əks olunmadığı üçün qətnamə tərəfləri danışıqlarda irəli aparmır. Fransa parlamentinin qondarma "erməni soyqırımı"nı tanımasına gəldikdə isə diplomat bəyan etdi ki, Fransa hökumətinin mövqeyi fərqlidir. Onun sözlərinə görə, Fransa hökumətinin rəsmi mövqeyi ondan ibarətdir ki, tarixi hadisələri qanunvericilik orqanı deyil, tarixçilər araşdırmalıdır. Q.Keller eneryi məsələsinə də toxundu. Diplomat bildirdi ki, Fransa Azərbaycanı öz eneryi təhlükəsizliyini təmin edəcək ölkə kimi görür. Ölkəsinin və Avropa İttifaqının bu mövzuda Azərbaycanla danışıqlar apardığını vurğulayan səfir "Nabukko" layihəsinə də münasibət bildirdi. Onun sözlərinə görə, Fransa hökuməti layihə ilə maraqlansa da, onun üçün maliyyə vəsaiti ayırmaq niyyətində deyil. "Nabukko" şirkətlərin layihəsidir və Fransanın "Total" şirkəti də bu layihənin reallaşmasında iştirak etməkdə maraqlıdır. Səfir bəyan etdi ki, Fransa Avropa İttifaqına sədrlik edən ölkə kimi Avropanın eneryi təhlükəsizliyinin təmin olunması üçün müvafiq işlər görür. Elman BABAYEV kaspi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar