SON XƏBƏRLƏR

Fransanın “Scor” sığorta şirkəti İranla əməkdaşlığını dayandırıb

2021.10.20, 07:36
Fransanın “Scor” sığorta şirkəti İranla əməkdaşlığını dayandırıb

Gunaz.tv

GünAzTV: Fransanın “Scor” təkrar sığorta şirkəti iyulun 13-də bəyanat yayaraq İranla əməkdaşlığını dayandırdığını bildirib. Bu barədə Röyters agentliyi məlumat yayıb.

 

Mərkəzi ofisi Parisdə olan “Scor” şirkətinin yaydığı bəyanatda bildirilir ki, şirkətin Tehranla  əməkdaşlığına son qoyması, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalara görədir: “İndiki həssas şəraiti nəzərə alaraq, biz İranla yeni müqavilələr imzalamaq və ya ölkələrimiz arasındakı mövcud müqavilələrin vaxtını uzatmaq fikrində deyilik”.

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq bank və şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar