SON XƏBƏRLƏR

Fransanın “Total” neft-qaz şirkəti İranla əməkdaşlığını dayandırıb

2021.10.20, 07:36
Fransanın “Total” neft-qaz şirkəti İranla əməkdaşlığını dayandırıb

Gunaz.tv

GünAzTV: Fransanın “Total” neft-qaz şirkəti İranla əməkdaşlığını dayandırıb. Bu barədə “Total”ın icraçı direktoru Patrik Puyan iyulun 11-də Fransanın BFM telekanalına açıqlamasında məlumat verib.

 

O bildirib ki, “Total” şirkəti indiki şəraitdə Amerikanın mümkün cərimə və sanksiyalarından ehtiyatlanaraq İranla əməkdaşlığına son qoymaq qərarına gəlib: “Məsələ odur ki, siz Amerikanın maliyyə sistemindən istifadə etmədən dünyanın 130 ölkəsində fəaliyyət apara bilməzsiniz. Bu bir faktdır. Biz isə əslində Amerika qanunlarını icra etdiyimizə görə İranı tərk etmək məcburiyyətindəyik.

 

Biz, İranın körfəzdəki “Cənubi Pars” qaz layihəsindən çıxdığımız üçün 40 milyon dollar ziyan edirik. Lakin buna baxmayaraq, hər il dünyanın müxtəlif bölgələrində neft və qaz sahəsində 15 milyard dollar sərmayə qoyan “Total” kimi nəhəng bir şirkət üçün 40 milyon dollar ziyan etmək, o qədər də böyük bir rəqəm sayılmır və önəm daşımır. Hesab edirik ki, şirkətimiz, barəsində qoyulan qanunlara hörmətlə yanaşmalı, onu icra etməlidir”.

 

"Total" şirkətinin rəhbəri Patrik Puyan

 

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 

Amerikanın bu sazişdən çıxmasının ardınca, Vaşinqtonun İrana qarşı sanksiyaları genişləndirilib. Nəticədə, son həftələr dünyanın onlarla beynəlxalq şirkəti İranla əməkdaşlığını dayandırıb.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar