SON XƏBƏRLƏR

FRANSANIN «TOTAL» ŞİRKƏTİ İRANIN QAZ SƏNAYESİNƏ KAPİTAL QOYULUŞU HAQDA QƏRARINI GERİ GÖTÜRDÜ

2021.10.20, 07:36
FRANSANIN «TOTAL» ŞİRKƏTİ İRANIN QAZ SƏNAYESİNƏ KAPİTAL QOYULUŞU HAQDA QƏRARINI GERİ GÖTÜRDÜ

Gunaz.tv
FRANSANIN «TOTAL» ŞİRKƏTİ İRANIN QAZ SƏNAYESİNƏ KAPİTAL QOYULUŞU HAQDA QƏRARINI GERİ GÖTÜRDÜ Fransanın «Total» şirkətinin baş direktori Kristof de Marjeri «Financial Times» qəzetinə açıqlamasında İranın qaz sənayesinə kapital qoyuluşundan imtina ediləcəyini bildirib. «Media forum» saytının məlumatına görə, qəzetin 10 iyul sayında dərc olunmuş açıqlamada «Total»ın rəhbəri İrana kapital yatırmağın çox böyük siyasi risk sayıldığını deyib: «Bu gün İranda çalışmaq böyük siyasi riskdir. Çünki xalq fikirləşəcək ki, «Total» pul üçün hər şeyə hazırdır». «Pars-i cənubi» qaz yatağının genişləndirilməsinə böyük məbləğdə kapital qoymaq istəyən şirkətin qərarını geri götürməsi xəbəri İranın iyulun 9-da 2 min kilometr uzağı vuran yeni «Şəhab 3» raketini sınaqdan keçirməsindən dərhal sonra yayılıb. «Financial Times» «Total»ın bu qərarını Vaşinqton üçün böyük qələbə saydığını qeyd edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar