SON XƏBƏRLƏR

Futbolun birləşdirdiyi Türk Dünyası

2021.10.20, 07:36
Futbolun birləşdirdiyi Türk Dünyası

Gunaz.tv
Futbolun birləşdirdiyi Türk Dünyası turkmilli.jpg Fəzail İbrahimli: "Türklərin vurduğu hər qoldan sonra Bakıda yüksələn, guruldayan səslər türk sevgisi, türk marşıydı" Türkiyə milli futbol komandası tarixində üçüncü dəfə qatıldığı Avropa çempionatında uğurlu oyunuyla diqqət çəkdi. İsveçrəni, Çexiyanı qrup oyunlarında, Xorvatiyanı 1/8-də məğlub edən qarda ölkənin komandası yarımfinalda Almaniyaya 3:2 hesabıyla uduzsa da, bir çox alman qəzetləri belə "Həyəcanlı matç" başlığıyla verdikləri yazıda türklərin daha üstün oynadığını yazıb. "Berlin Kurier" qəzeti isə birinci səhifəsinə "Almaniya finalda. Gülə-gülə cəsur türklər" başlığını çıxarıb. Ramiz Mikayıloğlu Tarixçi-professor Fəzail İbrahimli deyir ki, futbol Avropada hər bir millətin göstəricisidir, onun tarixi xüsusiyyətlərini, prinsiplərini, özünə münasibətini ifadə edir. Təsadüfi deyil ki, futbol yarışlarına baxmaq üçün baş nazirlər, prezidentlər gəlir. Futbol yığmalarının qələbəsi bir növ mənəvi, siyasi qələbə, qısası, inkişafın qələbəsidir: "Adi yanaşılsa, 11 nəfər bir cansız topun arxasınca qaçır, ora, bura qovur. Amma burada oyunların gedişi, taktikası var. Mən həmişə hesab edirəm ki, tutaq ki, 60 milyonun içərisindən 20 nəfər tapıb yetişdirə bilmirlərsə, deməli, bu millətin özünə hörməti yoxdur. Məsələn, düzdür, Fransada fransız milləti var, amma fransızlarda milləti sevməkdən daha çox həyatı sevmək düşüncəsi üstün olub. Tarixən də belə olub. Həmişə Fransa futbol yığmasında da daha çox qara dərili oyunçular uğurlu oyun ortaya qoyurlar. Amma almanlar qələbəyə layiq bir düşüncəylə ortaya iradə qoyurlar. Nə yaxşı ki, gəlimli-gedimli prinsiplərdə bunu pula çevirmirlər, "Evrovizyon"dakı kimi hər hansı dövlətin səsverməsiylə deyil. Göz qabağında gedən prosesdir, qələbə çalır, millətin bayrağı qalxır, onun himni oxunur. Dünyada bundan uğurlu nə ola bilər?". Fəzail İbrahimli Məhəmməd Hadinin bir ifadəsini də xatırladır: "Məhəmməd Hadi vaxtilə deyirdi ki, "yox millətimin imzası imzalar içində". Bu, bir yanğıydı. Azərbaycan dünyaya çıxıb, ancaq futboluyla hələ çıxa bilməyib. Türkiyəni Avropa Birliyinə qoymurlar, deyirlər ki, bu xalqın Avropa Birliyi üçün düşüncəsi, mədəniyyəti aşağıdır. Amma Türkiyə futbolu ilə Avropa Birliyinə sübut edir ki, düşüncəsi, mədəniyyətiylə aşağı deyil, futboluyla fransızlardan çox yuxarıdır". Fəzail İbrahimli Azərbaycanda Türk yığmasının oyunlarına münasibətə də diqqət çəkir: "Hər bir azərbaycanlı Türkiyə millisinin oyunlarına öz ailə üzvlərinin iştirak etdiyi bir oyun kimi baxırdı. Şəxsən mənim yaşadığım binada türklərin vurduğu hər qoldan sonra Bakıda yüksələn, guruldayan səslər türk sevgisi, türk marşıydı. Əgər Almaniyaya oyunda türklər qalib gəlsəydi, Bakıda və Azərbaycanın digər yerlərində səhərə qədər insanlarımız küçələrdə olacaqdılar". Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Aşırlı türk yığmasının Avropa çempionatındakı oyunlarını çox böyük həyacanla izləyib. Futbolçuların qazandıqları uğurlar həm Türkiyədə, həm də türk dünyasında böyük sevinc yaradıb. Onun sözlərinə görə, futbol da bir siyasətdir, ictimai-siyasi pooseslərdən tutmuş bir çox məsələlərə qədər öz təsirini göstərir. Gərgin siyasi problemlər yaşayan Türkiyədə milli komandanın qələbəsi milli həmrəyliklə, sevinc, qürur hissiylə müşahidə olunub. Bu komandanın oyunu bir daha türk millətinin iradəsinin qırılmaz olduğunu təsdiqləyib. Mübariz Aşırlıya görə, belə nəticələrə nail olmaqla Türkiyə millisi faktiki çempionatın qalibi durumundadır: "Türk dünyasının həmrəyliyi, birliyi baxımından türk futbolçuları siyasətçilərin bir çox hallarda nail ola bilmədiklərini həyata keçirdilər. Türk dünyasına qələbə, sevinc ovqatını yaşatdılar. Elə bir hadisə yoxdur ki, bütün türk dünyasını ayağa qaldırsın. Amma Türkiyə milli komandasının qalib gəlməsiylə hər oyundan sonra Balkanlardan tutmuş Azərbaycan, Orta Asiyaya qədər çoxlu sayda insanlar küçələrə çıxır, sevinirdilər". Müasir İnkişaf İctimai Birliyinin sədri bildirdi ki, türk futbolçuları Qərb dünyasına bir şeyi də sübut etdilər: "Sübut etdilər ki, türklərin iradəsi qırılmazdır, ən son ana qədər döyüşürlər. Qədimdə də türklər son nəfəslərinə qədər döyüşüblər. Bu dəfə də elə oldu. Mən hesab edirəm ki, Türk millisinin Almaniya yığmasıyla oyunu da qələbə bərabər bir oyun idi". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar