SON XƏBƏRLƏR

G7 ölkələri İranın regionda qeyri-stabillik yaradan siyasətlərini qınayıblar

2021.10.20, 07:36
G7 ölkələri İranın regionda qeyri-stabillik yaradan siyasətlərini qınayıblar

Gunaz.tv

GünAz TV: 7 sənaye ölkəsinin (G7) xarici işlər nazirləri aprelin 5-6-sı Fransada keçirdikləri toplantının sonunda İranın regionda qeyri-stabillik yaradan siyasətləri, eləcə də terror qruplaşmalarına göstərdiyi hərbi və maliyyə yardımlarını qınayan bəyanat qəbul ediblər.

 

Bəyanatda bildirilir ki, 7 ölkə İranın nüvə silahı əldə etməsinə icazə verməməkdə qərarlıdırlar və Birləşmiş Millətlər Təşkilatına daxil olan ölkələrin Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə bu sahədə könüllülük prinsipi əsasında əməkdaşlıq etmələrini istəyiblər.

 

Fransa, Britaniya, İtaliya, Amerika, Almaniya, Yaponiya və Kanada xarici işlər nazirləri rəsmi Tehranı ballistik raket, pilotsuz uçan aparat və raket potensialının inkişaf etdirilməsi ilə bağlı apardığı hər bir fəaliyyətlə bağlı müvafiq qurumlara məlumat verməyə çağırıblar.

 

Bəyanatda İranın raket proqramının BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil etdiyi bir daha vurğulanıb.

 

“Biz İranın daha fəal şəkildə Yəməndə toqquşmaların azaldılmasında iştirak etmək, eləcə də Suriya və Livan kimi ölkələrdə bəzi qruplaşmalara göstərdiyi hərbi və maddi yardımları dayandırmasını istəyirik”-deyə xarici işlər nazirlərinin birgə bəyanatında qeyd edilir.

 

Bəyanatda İranda insan haqlarının kobud şəkildə pozulması da yer alır və rəsmi Tehrandan bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi tələb olunur.

 

Sonda isə İrandan regionda stabilliyi pozacaq hər bir addımdan çəkinmək və münaqişələrin danışıqlar yolu ilə həll edilməsi istiqamətində beynəlxalq ictimaiyyətin göstərdiyi səylərə qoşulması istənilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar