SON XƏBƏRLƏR

Gələn ilin büdcə layihəsini incələyən komissiyada az sayda azərbaycanlı millət vəkilinə yer verilib – İran parlamentində

2021.10.20, 07:36
Gələn ilin büdcə layihəsini incələyən komissiyada az sayda azərbaycanlı millət vəkilinə yer verilib – İran parlamentində

Gunaz.tv

GünAz TV: İran parlamentində gələn ilin (hicri-şəmsi təqvimi ilə 1398-ci il) büdcə layihəsini incələyən komissiyanın üzləri məlum olub, 45 komissiya üzvündən yalnız 8-i Güney Azərbaycan şəhərlərini təmsil edir.

 

Komissiya üzvlərinin kimliyi Parlamentin Rəyasət Heyəti tərəfindən açıqlanıb.

 

İran parlamentinin 290 deputatı var. 45 nəfər üzvü olan komissiyada yalnız 8 azərbaycanlı deputata yer verilməsi xüsusi diqqət çəkir. Şübhəsiz ki, məqsəd əyalətlər üçün nəzərdə tutulacaq büdcədə Azərbaycan şəhərlərini müdafiə edən deputatların sayını minimuma endirməkdir.

 

Ölkə əyalətləri üçün nəzərdə tutulan büdcə birinci bu komissiyada müzakirə olunur, sonra təsdiqlənmək üçün parlamentə təqdim olunur.

 

Yaradılan komissiyanın üzvlər siyahısında yalnız Məhəmməd Hüseyn Fərhəngi, Məhəmməd Həsənnəjad, Cahanbəxş Mohebbi Niya, Şəhruz Bərzgər, Məhəmməd Feyzi, Əli Vəqfçi, Məhəmməd Mehdi Müfətteh və Məhəmmədəli Purmuxtarın adı görünür. Siyahıda mərkəzi əyalətdən heç bir depuat yoxdur, Zəncan və Ərdəbil əyalətlərinin hər birindən isə yalnız bir deputat var.

 

Gələn ilin büdcə layihəsində fars əyalətləri üçün təklif olunan büdcə Azərbaycan əyalətlərindən bir neçə dəfə çoxdur. Azərbaycan əyalətlərinin içində isə sıralama ilə Qəzvin, Zəncan və Ərdəbil ən az büdcə ayrılan əyalətlərdir.

 

Sözügedən komissiyanın rəyasət heyəti, komissiyanın birinci iclasında üzvlər tərəfindən müəyyən ediləcək.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar