SON XƏBƏRLƏR

Gənclərin məşğulluq problemi

2021.10.20, 07:36
Gənclərin məşğulluq problemi

Gunaz.tv
Gənclərin məşğulluq problemi Baki mühüm tədbirə hazırdır Gənclərin məşğulluğu dünyanın bütün inkişaf etmiş və etməkdə olan ölkələri üçün aktual məsələdir. Statistik məlumatlara görə, dünya gənclərinin 25-30%-ə qədəri işləmir. Gənclərin işlə təmin edilməsində problemlərin olması isə çoxlu sayda sosisal problemlərin yaranmasına gətirib çıxarır. Onların sırasında cinayətkarlıq, narkomaniya, küçə uşaqlarının formalaşması, sosial adaptasiyanını getməməsi və sair kimi təhlükəli tendensiyaları misal göstərmək olar. Hazırda dünyanın böyük dövlətləri bu problemlərin həll edilməsi ilə ciddi məşğul olurlar. Azərbaycanın paytaxtında dünya gənclərinin məşğulluq problemlərinin müzakirə edilməsi sadalanan özəlliklərə görə, olduqca böyük məna daşıyır. Eyni zamanda, Azərbaycan gənclərin işlə təminatı məsələsində ciddi proqramlar həyata keçirir. Bu proqramların sayəsində gənclərimiz üçün xeyli iş yerləri açılıb və o, davam edir. Prezident İlham Əliyevin proqramında gənclər məsələsi ön sıradadır. Bakıda dünya gənclərinin iş problemlərinin müzakirəsi tamamilə reallığa uyğundur. Gənclərin məşğulluğunda ölkəmizin əldə etdiyi nəticələr nümunəvi ola bilər. Postsovet məkanını götürsək, Azərbaycan qədər gəncləri sosisal-mənəvi həyata qoşan ölkə olmadığını görərik. Azərbaycanlı gənclər elm, təhsil, idman, mədəniyyət kimi sahələrdə ciddi uğurlar əldə ediblər. Təhsil indi bütün dünya üçün önəm daşıyan sahədir. Prezidentin həyata keçirdiyi proqrama uyğun olaraq gənclərimiz getdikcə daha böyük sayda Qərbin qabaqcıl universitetlərində təhsil alırlar. Bu il də xeyli azərbaycanlı gənc Avropaya təhsil almağa yollandılar. Bununla azərbaycanlı gənclərin aparıcı təhsil müəssisələri ilə ünsiyyəti artır. Azərbaycanda gənclərin məşğulluq probleminin həll edilməsi işində əldə etdiyi nailiyyətləri başqa MDB ölkələri ilə daim bölüşməsi faktını qeyd etmək lazımdır. Bu məsələ gənclər üçün ortaq olan problemlərin öyrənilməsi və onların optimal həlli üsullarının tapılmasını şərtləndirir. Hazırda azərdaycanlı gənclərin dünyanın aparıcı ölkələrinin gəncləri ilə əməkdaşlığı çoxalır. Bakıda məşğulluqla bağlı tədbirin keçirilməsi bunun təsdiqlərindən biridir. Bakı tədbiri Azərbaycanı dünya gənclərinə tanıtmaq və təcrübə mübadiləsi aparmaq baxımından böyük önəm daşıyır. Məsələ həm də ondan ibarətdir ki, Azrbaycan reallıqlarını bütün bəşəriyyət olduğu kimi bilməlidir. Gənclərimizlə başqalarının daha cox ünsiyyətdə olması xalqımızın mədəniyyətini tanıtdırır. Burada daha əhəmiyyətli olan bir məqamı da unutmaq olmaz. Azərbaycanlı gənclərlə birbaşa ünsiyyət onların vətənpərvər və sülhsevər olmasına əminliyi artırır. Azərbaycanlı gənclər iş yerlərinin açılması, dünya gənclərinin mədəni səviyyələrinin inkişaf etdirilməsi kimi məsələlərlə maraqlanırlar. Bunlar erməni təbliğatının puçluğunu göstərir. Gənclərin məşğulluq problemlərini Bakıda müzakirə etməsi Güney Qafqazda Azərbaycanın dövlət olaraq həll etdiyi problemlərin ümumi yönünü də nümayiş etdirir. Bizim dövlət əsasən sosial yönlü və gələcəyə istiqamətlənmiş proqramlar üzərində işləyir. Bu da ölkəmizin dünyaya inteqrasiya siyasətini ardıcıl yeritdiyini təsdiq edir. Bu prosesdə gənclərimizin də aktiv iştirakı təmin edilir. Gənclərin məşğulluq problemlərinin müzakirə edilməsi faktiki olaraq cəmiyyətin gələcəyinə dövlət qayğısını artırmaq deməkdir. Azərbaycan dövlət olaraq məsələnin bu tərəfinə həmişə böyük önəm verir. Çünki cəmiyyət öz gələcəyinin obrazını daim yaratmalıdır. Yalnız bu yolla toplumun və dövlətin davamlı inkişafını təmin etmək olar. Azərbaycan gənclər siyasətini təbii ki, davam etdirəcək. Gənclərin məşğulluq problemlərini həll etmək istiqamətində əldə edilən uğurları başqaları ilə bəlüşməklə ölkəmiz inteqrasiya prosesini gücləndirir. Dövlətçiliyin inkişafı ilə demokratiyanın daha çox dərəcədə cəmiyyətə sirayət etməsi paralel aparılır. Azərbaycan müstəqil dövlət olaraq sosial yönlü siyasət yeridir. O, bu kursundan dönmək fikrində deyil. Müasir şəraitdə təhlükəsizliyi təmin etməyin ən yaxşı üsulu məhz bu kimi siyasəti gücləndirməkdən ibarətdir. Silah və düşmənçilik yalnız əlavə problemlər yaradır. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar