SON XƏBƏRLƏR

GENERAL MAKKARTİ AZƏRBAYCAN SÜLHMƏRAMLILARININ AMERİKA DƏNİZ PİYADALARINDAN ÜSTÜN XİDMƏT GÖSTƏRDİYİNİ DEYİB

2021.10.20, 07:36
GENERAL MAKKARTİ AZƏRBAYCAN SÜLHMƏRAMLILARININ AMERİKA DƏNİZ PİYADALARINDAN ÜSTÜN XİDMƏT GÖSTƏRDİYİNİ DEYİB

Gunaz.tv
GENERAL MAKKARTİ AZƏRBAYCAN SÜLHMƏRAMLILARININ AMERİKA DƏNİZ PİYADALARINDAN ÜSTÜN XİDMƏT GÖSTƏRDİYİNİ DEYİB «Azərbaycan sülhməramlı bölüyünün əsgərləri bölgədə çox yüksək səviyyədə xidmət edirlər, onların xidməti oradakı Amerika dəniz piyadalarının xidmətindən üstündür». Bu sözləri İraqda koalisiya qüvvələrinin tərkibində qulluq edən Azərbaycan sülhməramlı bölüyü haqqında bu yaxınlarda CENTKOM - Mərkəzi Komandanlıqda keçirilən toplantıda koalisiya qüvvələri komandanının müavini general Makkarti deyib. Məlumatı AzərTAc Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla yayıb. --------------------------------------------------------------------- ATƏT Parlament Assambleyası ermənilərin törətdiyi yanğınları müzakirə edəcək ATƏT-in Parlament Assambleyasının yay sessiyası iyunun 28-də Qazaxıstanın Astana şəhərində keçiriləcək. İclasda Ermənistanın işğal etdiyi ərazilərdə törətdikləri yanğınlarla bağlı məsələnin də müzakirəsi gözlənilir. Azərbaycan nümayəndə heyəti sözügedən məsələ ilə bağlı qətnamənin qəbuluna çalışacaq. ATƏT-in PA –da Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov bildirib ki, sessiya çərçivəsində keçiriləcək “İqtisadiyyat, texnologiya və ətraf mühitin mühafizəsi” komitəsinin iclasında ermənilərin Dağlıq Qarabağda törətdikləri yanğınlar müzakirə ediləcək. E.İbrahimovun dediyinə görə, artıq bütün beynəlxalq təşkilatlar, ermənilərin ətraf mühiti çirkləndirdiyini, atom elektrik stansiyasının qalıqlarını Dağlıq Qarabağda basdırmasını və işğal altında olan əraziləri intensiv şəkildə yandırmasını bilirlər. Azərbaycan nümayəndə heyəti sözügedən məsələ ilə bağlı müvafiq sənədin qəbuluna çalışacaq. E.İbrahimov onu da bildirib ki, ATƏT PA-nın sədri, Ermənistan-Azərbaycan münaqişəsi üzrə məruzəçi Qoran Lenmarker də ermənilərin törətdiyi yanğınlardan xəbərdardır və Azərbaycan nümayəndə heyəti problemin məhz Q.Lenmarker tərəfindən qaldırılmasına çalışacaq. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar