SON XƏBƏRLƏR

Gilək alpinistlərinin Savalan zirvəsi ilə düşmənçiliyi – GÖRÜNTÜ

2021.10.20, 07:36
Gilək alpinistlərinin Savalan zirvəsi ilə düşmənçiliyi – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Ötən həftə Azərbaycana ərazi iddiası irəli sürmək məqsədi ilə Savalan zirvəsində “Heyran Gilanın naxışıdır” banneri nemayiş etdirən gilək alpinistlər həmin banneri Savalan zirvəsində zibil kimi tullayıblar.

 

Bu barədə ərdəbilli alpinistlərdən biri Güney Azərbaycan Televiziyasına məlumat verib.

 

Aşağıdakı görüntünü GünAz TV-yə göndərən soydaşımız bildirib ki, “Deyirlər “Heyran gədiyi” giləklərin olsun! Bu başqa məsələdir. Lakin istənilən halda alpinistlər arasında təbiətə zibil tullamaq  mədəniyyəti yoxdur, bu onların əqidəsinə uyğun gəlməz.”

 

 

 

Gilək alpinistlərin bu hərəkətini pisləyən soydaşımız sözlərinin sonunda ərdəbilli alpinistlərə öz təşəkkürünü bildirərək vurğulayıb ki, “şəkil çəkdikdən sonra banneri hara gəldi tullamaq düzgün deyil.”

 

Belə məlum olur ki, gilək alpinistlərinin Savalan zirvəsinə zibil tullamaları özəl məna daşıyır, onlar öz prinsiplərini pozaraq Azərbaycan təbiətinə qarşı düşmənçilik edirlər.

 

Ötən həftə Rəştin giləkdillilərindən ibarət alpinist komandası Savalan dağında Azərbaycan və Ərdəbil Əyalətinin ərazi bütövlüyünə qarşı təhrikedici hərəkətə əl atmışdır. Bu, “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilan Əyalətinə birləşdirməklə bağlı aparılan cəhdlərin davamı kimi qəbul olunur.

“Kalanşəhrbaran” komandasının üzvləri Savalan zirvəsinə çıxaraq üzərində “Heyran Gilanın naxışıdır” sözü yazılmış banner qaldırmışdır. Onlar bu vasitə ilə “Heyran gədiyi”nin Ərdəbil deyil, Gilana aid olduğunu göstərmək istəyiblər.

 

 

 

Son vaxtlar Güney Azərbaycan və Ərdəbil Əyalətini parçalamaq məqsədi ilə “Heyran gədiyi”nin tarixi kimliyi təhrif edilir, söhbət bu ərazini Ərdəbil Əyalətindən ayırıb Gilan Əyalətinə birləşdirməkdən gedir. Bu istiqamətdə baş verən hadisələr azərbaycanlıların kəskin etirazı ilə qarşılansa da, hadisələr səngimək bilmir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar