SON XƏBƏRLƏR

Giləklərdən Azərbaycan və Ərdəbil Əyalətinə qarşı təhrikedici hərəkət - GÖRÜNTÜ

2021.10.20, 07:36
Giləklərdən Azərbaycan və Ərdəbil Əyalətinə qarşı təhrikedici hərəkət - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: “Heyran gədiyi”ni Ərdəbil Əyalətindən ayırıb Gilan Əyalətinə birləşdirməklə bağlı aparılan açıq və gizli cəhdlər davam edir.

 

Son məlumata görə, Rəştin giləkdillilərindən ibarət alpinist komandası Savalan dağında Azərbaycan və Ərdəbil Əyalətinin ərazi bütövlüyünə qarşı banner nümayiş etdirib.

 

“Kalanşəhrbaran” komandasının üzvləri ötən həftənin son günlərində Savalan zirvəsinə çıxaraq belə bir təhrikedici hərəkətə əl atıblar. Onların nümayiş etdirdiyi bannerin üzərində “Heyran Gilanın naxışıdır” sözü yazılıb.

 

Giləklər bu vasitə ilə “Heyran gədiyi”nin Ərdəbil deyil, Gilana aid olduğunu göstərmək istəyiblər.

 

Mayın 18-də sözügedən komandanın İnstaqram səhifəsində Savalan zirvəsinin görüntüsü dərc olunaraq bildirilib ki, “Kalanşəhrbaran” komandası “Heyran Gilanın naxışıdır” mesajı ilə Savalan zirvəsinə çıxıb.

 

Bundan əvvəl Astaranın yerli olmayan İcra Hakimiyyəti başçısı Yunis Rənckeş, “Heyran gədiyi” və Astaranı Gilan ərazisi kimi göstərənlərə sözdə xoş vədlər verərək onlara Astara Şəhər İcra Hakimiyyəti tərəfindən maddi və mənəvi dəstək veriləcəyini açıqlayıb.

 

Son vaxtlar Güney Azərbaycan və Ərdəbil Əyalətini parçalamaq məqsədi ilə “Heyran gədiyi”nin tarixi kimliyi təhrif edilir, söhbət bu ərazini Ərdəbil Əyalətindən ayırıb Gilan Əyalətinə birləşdirməkdən gedir. Bu istiqamətdə baş verən hadisələr azərbaycanlıların kəskin etirazı ilə qarşılansa da, hadisələr səngimək bilmir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar