SON XƏBƏRLƏR

Görkəmli azərbaycanlı alim Şirməmməd Hüseynov dəfn olunub

2021.10.20, 07:36
Görkəmli azərbaycanlı alim Şirməmməd Hüseynov dəfn olunub

Gunaz.tv

GünAz TV: İyunun 24-də dünyasını dəyişən Azərbaycanın görkəmli alimi, mətbuat tədqiqatçısı, jurnalist-pedaqoq Şirməmməd Hüseynovla bu gün vida mərasimi keçirilib, onun cənazəsi artıq Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Vida mərasimində bir çox dövlət və ictimai  xadim iştirak edib. Mərasim saat 11:00-dan 13:00-dək Bakı Dövlət Universitetində keçirilib.

 

Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin (BDU) Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov dünən axşam saatlarında 95 yaşında evində vəfat edib.

 

Mərhum Prof. Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub.

 

1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU, jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU, Jurnalistika fakültəsinin dekanı olub. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU, mətbuat tarixi kafedrasının professorudur. Azərbaycan Demokratik Cümhuriyyətinin, Məhəmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.

 

O, 1966 və 1972-ci illərdə "Qızıl qələm" mükafatına, 1988-ci ildə Respublikanın əməkdar jurnalisti adına, 1991-ci ildə Zərdabi adına mükafatına, 1992-ci ildə Y. Məmmədəliyev adına mükafata, 1998-ci ildə M. Ə. Rəsulzadə adına mükafata, 2014-cü ildə "Şərəf" ordeninə layiq görülüb.

 

Şirməmməd Hüseynov "Milli haqq və ədalət axstarışında”, "Mənəvi irsimiz və gerçəklik” və başqa kitabların müəllifidir.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar