SON XƏBƏRLƏR

GUAM Dağlıq Qarabağla bağlı BMT-ə daha bir sənəd təqdim edib

2021.10.20, 07:36
GUAM Dağlıq Qarabağla bağlı BMT-ə daha bir sənəd təqdim edib

Gunaz.tv
GUAM Dağlıq Qarabağla bağlı BMT-ə daha bir sənəd təqdim edib 20080709184315_1.jpg GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı BMT Baş Məclisinə təqdim edilən qətnamə layihəsinin qəbulu ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr aparılır. Qurumun baş katibi yaxın vaxtlarda qətnamə üzrə məruzə hazırlayacaq. Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev bildirib ki, GUAM ölkələri Dağlıq Qarabağla əlaqədar BMT Baş Məclisinə daha bir sənəd təqdim ediblər. «GUAM ölkələri ərazilərində dondurulmuş münaqişələrin beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri» adlı qətnamə layihəsi müzakirə olunmaq üçün təşkilatın gündəliyinə salınıb. BMT Baş Məclisinə təqdim edilən qətnamədə GUAM ölkələrinin ərazi bütövlüyü məsələsi xüsusi vurğulanır. Ötən ilin sentyabrında BMT-nin Baş Məclisində «GUAM ölkələri ərazilərində dondurulmuş münaqişələrin beynəlxalq sülhə, təhlükəsizliyə və inkişafa təsiri» adlı bənd gündəliyə salınıb və qəbul edilib. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar