SON XƏBƏRLƏR

Gülüstan əyalətində narkotik maddə aludəçiliyi 15 yaşdan aşağı uşaqlar arasında kəskin yayılıb

2021.10.20, 07:36
Gülüstan əyalətində narkotik maddə aludəçiliyi 15 yaşdan aşağı uşaqlar arasında kəskin yayılıb

Gunaz.tv

GünAz TV: İranın türkmənlər yaşayan Gülüstan əyalətində narkotik maddə aludəçiliyi kəskin yayılıb. Hətta 15 yaşdan aşağı uşaqlar arasında da bu sahədə olan göstəricilər narahat edici həddədir.

 

Bu barədə danışan əyalətin narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə idarəsinin rəisi Şaban Qürəbba bildirib ki, 2018-ci ilin mart ayından 2019-cu ilin mart ayına qədər, 1 illik müddətdə əyalət ərazisində 14 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Bu isə 1 il əvvəlki dövrün göstəriciləri ilə müqayisədə 140% artım təşkil edir.

 

Onun sözlərinə görə, polisin keçirdiyi əməliyyat nəticəsində narkotik maddələrin istehsalı və satışı ilə məşğul olan 33 qruplaşma, eləcə də onlara məxsus 125 minik, 14 yük maşını və 38 motosiklet müsadirə edilib.

 

İdarə rəisi bildirib ki, ən çox dövriyyədən çıxarılan narkotik maddə tiryəkdir. Belə ki, bu müddət ərzində 9 ton 800 qram tiryək qanunsuz dövriyyədən çıxarılıb. Bu göstəricilərlə Gülüstan əyaləti İrandan narkotik maddələrin ən çox yayıldığı 2-ci bölgədir.

 

Şaban Qürəbba əlavə edib ki, əyalətdə 15 yaşlı uşaqlar və tələbələr arasında da narkotik vasitə istifadəçiləri kəskin həddə çatıb. Belə ki, polisin məktəblər və digər təhsil müəssisələri ətrafında keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələr satan bir neçə qəhvəxana və ictimai iaşə obyekti aşkar edilib.

 

O, bu müddət ərzində 49.100 ədəd müxtəlif növ psixatrop maddələrin də polis tərəfindən aşkarlandığını bildirib.

 

İdarə rəisinin dediklərinə əsasən, əyalət ərazisində yeniyetmələr və gənclər arasında maarifləndirmə işləri və qabaqlayıcı tədbirlər aparılmasına baxmayaraq, 15 yaşından kiçik və tələbələr arasında da narkotik maddə aludəçiliyi kəskin yayılmağa davam edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar