SON XƏBƏRLƏR

GünAz TV-də Türkiyənin antiterror əməliyyatı ilə bağlı xüsusi veriliş olacaq

2021.10.20, 07:36
GünAz TV-də Türkiyənin antiterror əməliyyatı ilə bağlı xüsusi veriliş olacaq

Gunaz.tv

GünAz TV: Bu axşam Güney Azərbaycan Televiziyasında Türkiyənin Suriyanın şimalında terrorçulara qarşı başlatdığı “Barış bulağı” əməliyyatı ilə bağlı xüsusi veriliş olacaq.

 

Verilişdə Türkiyə məsələləri üzrə ekspert və beynəlxalq hüquq araşdırmaçısı Dəniz Altınsoy ilə beynəlxalq münasibətlər ixtisasının məzunu və GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) sözçüsü Məhsa Mehdili mövzu ilə bağlı ətraflı məlumat verəcəklər.

 

Proqramda türk ordusunun antiterror əməliyyatına qarşı terrorçu qruplaşmaları dəstəkləyən kütləvi informasiya vasitələrinin apardığı təbliğat kampaniyaları da müzakirə olunacaq.

 

Verilişi oktyabrın 11-i Təbriz vaxtı ilə saat 21:45-də GünAz TV ekranından izləyə bilərsiniz.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar