GünAz TV: Güney Azərbaycan Televiziyası “Türklərdə kurqan (qurqan) gələnəyi” sənədli filmini yayımlamağa başlayıb.
“Türklərdə kurqan gələnəyi” filmi mədəni irs sahəsi üzrə araşdırmaçı Şəhram Əfşarın uğurlu əsərlərindən biridir. Film qədim məşhur türklərin kurqan adı verilən məzarlarından bəhs edir. Əsərdə Azərbaycanın minlər il əvvəlki kurqanlarına da işarə olunur.
Bu sənədli film “Varlığımız” toplusunun 3-cü bölümüdür.
“Varlığımız” şənbə günləri Təbriz vaxtı ilə saat 18:30-da Güney Azərbaycan televiziyasından yayımlanır.
https://www.youtube.com/watch?time_continue=11&v=zOQvKP91bCE
N.S