SON XƏBƏRLƏR

GünAz TV-dən Milli Hərəkata qarşı təxribat aparanlardan biri barədə Azərbaycan millətinə müraciət – GÖRÜNTÜ

2021.10.20, 07:36
GünAz TV-dən Milli Hərəkata qarşı təxribat aparanlardan biri barədə Azərbaycan millətinə müraciət – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Son vaxtlar virtual aləmdə məlum qüvvələrin Azərbaycan Milli Hərəkatı və GünAz TV-yə qarşı təxribatları yeni vüsət alıb.

 

GünAz TV kollektivi inanır ki, əksər hallarda Ettelaat və təhlükəsizlik qüvvələri tərəfindən idarə olunan təxribatçı qrup və şəxslərin kimliyini öyrənərək ictimaiyyətə açıqlanmasına ciddi ehtiyac var.

 

GünAz TV-yə verilən məlumata görə, şəkili aşağıda göstərilən sözdə ruhani Azərbaycan Milli Hərəkatına yerləşdirilən şəxs və qruplarla sıx əlaqədədir, o Milli Hərəkat və GünAz TV-yə qarşı təxribatçı hərəkətlərin  müəyyən hissəsini idarə edir.

 

GünAz TV əziz Azərbaycan millətinə müraciət edərək xahiş edir ki, bu şəxs barəsində hər hansı məlumat əldə edə bilsəniz, həmin informasiyanı müxtəlif vasitələrlə GünAz TV-yə göndərəsiniz. Məqsəd bu kimi insanların fəaliyyətinin mahiyyətini Azərbaycan ictimaiyyətinə çatdırmaq və bu şəkildə İran rejiminin Azərbaycan Milli Hərəkatına qarşı planlarını zərərsizləşdirməkdir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar