SON XƏBƏRLƏR

GünAz TV kollektivi “Ekonomi durağı” verilişinin aparıcısı Nigar İsmayılqızının ailəsinə başsağlığı verir

2021.10.20, 07:36
GünAz TV kollektivi “Ekonomi durağı” verilişinin aparıcısı Nigar İsmayılqızının ailəsinə başsağlığı verir

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Televiziyasının “Ekonomi durağı” verilişinin aparıcısı xanım Nigar İsmayılqızı 34 yaşında vəfat edib.

 

GünAz TV rəhbəri və kollektivi bu hadisədən kədərləndiyini bildirərək onun ailəsi və yaxınlarına başsağlığı verir.

 

“Xanım Nigar İsmnayılqızının vəfatı xəbərini eşitdik. Onun zamansız ölümü bizi çox kədərləndirdi. Mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, qalanlarına  cansağlığı və uzun ömür arzulayırıq. Bizi də öz kədərinizdə şərik bilin”- deyə başsağlığı mesajında qeyd olunub.

 

Bir müddət əvvəl leykoz (qan xərcəngi) diaqnozu qoyulan jurnalist sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi. Onun vəfatı ilə bağlı sentyabrın 14-də mətbuatda xəbər yayılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar