SON XƏBƏRLƏR

GünAz TV-nin “Ekomoni durağı” verilişinin aparıcısı vəfat edib

2021.10.20, 07:36
GünAz TV-nin “Ekomoni durağı” verilişinin aparıcısı vəfat edib

Gunaz.tv

GünAz TV: Xərçəng xəstəliyindən əziyyət çəkən Güney Azərbaycan Televiziyasının (GünAz TV) “Ekomoni durağı” verilişinin aparıcısı Nigar İsmayılqızı 34 yaşında vəfat edib.

 

“Yeni çağ” saytı bu gün sentyabrın 14-də Azərbaycan Respublikasından olan tanınmış jurnalist, yazıçı, sənədli film müəllifi və aparıcının vəfat etdiyi haqda məlumat yayıb.

 

İnformasiyaya görə, bir müddət əvvəl leykoz (qan xərcəngi) diaqnozu qoyulan jurnalist10 gün əvvəl Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilib.

 

Bir neçə aydır Güney Azərbaycan Televiziyasında “Ekonomi durağı” adlı veriliş yayımlanır, proqramda Güney Azərbaycana qarşı həyata keçirilən iqtisadi ayrı-seçkilik siyasəti müzakirə olunur.

 

Verilişdə iqtisadçı güneyli milli-mədəni fəal Mehdi Nəimi də ekspert kimi iştirak edib, proqramın aparıcısı isə xanım Nigar İsmayılqızı olub.

 

Nigar İsmayılqızı bundan əvvəl Azərbaycan Respublikasının “Space TV”, “ATV” və “Az TV” telekanallarında fəaliyyət göstərib, o iki il əvvəl “GEM.AZ1”in iqtisadiyyat bölümünün aparıcısı kimi də çalışıb.

 

“Azərbaycan Yazıçılar Birliyi”nin üzvü olan Nigar İsmayılqızı iqtisadiyyat mövzusunda bir çox elmi məqalənin müəllifidir. Onun “Bakıdan İstanbulacan və  dönüş”, “Pamukun qonşusu” və Dağlıq Qarabağ haqqında “Savaşçı” adında kitabları çap olunub.

 

Nigar İsmayılqızı həmçinin “Bakıdan Nazim keçidi”, “Nazimin Bakı izləri” və “Ölsəm yaşat" kimi sənədli filmlərin də müəllifi olub.

 

https://www.youtube.com/watch?v=87lwCGZ6tRQ

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar