GünAz TV-nin rəhbəri Əhməd Obalı Güney Azərbaycan mövzusu ətrafında Amerikanın radio şəbəkəsinə danışıb – Səs faylı

30.01.2020, 16:30

GünAz TV: Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı İranda baş verən son hadisələr və etirazlarla bağlı Amerika Birləşmiş Ştatlarının "Westwood Van Network" Radio Şəbəkəsinə danışıb.

 

Çərşənbə günü axşam saatlarında canlı olaraq yayımlanan radio verilişində proqramın aparıcısı Jon Bəçılır ilk öncə Azərbaycan Respublikasında keçiriləcək Parlament seçkilərinə işarə edərək bu ölkənin son illərdə əldə etdiyi uğurlu inkişaf və sənayeləşməsindən söz açıb. O bildirib ki, Azərbaycan Respublikası iqtisadiyyatını yalnız neft və qaz üzərində qurmayıb, bu ölkədə iqtisadiyyat elminin təməli güclənməkdədir. Gənclər məktəb və universitetlərdə müxtəlif xarici dillər öyrənir, onlar azad dünyada yaşayırlar.

 

Aparıcı söhbətinin davamında İranda azərbaycanlıların sayı barədə verilişin qonağına sual ünvanlayıb:

“Şübhəsiz ki, İranda azərbaycanlıların sayı Azərbaycan Respublikasından daha çoxdur. Rəsmi məlumatlara görə, Azərbaycan Respublikasının hal-hazırda 10 milyon əhalisi var. Güneydə azərbaycanlıların sayı Şimaldakılardan 3 dəfədən çoxdur. İranda təxminən 30-35 milyon azərbaycanlı yaşayır.”

 

Azərbaycanlıların eyni mədəniyyətə malik olduğunu bildirən aparıcı şimali azərbaycanlıların daha zəngin olduğunu, güneylilərin isə Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi iqtisadi sanksiyalardan dolayı iqtisadi baxımdan münasib vəziyyətdə olmadıqlarını bildirib. O sözlərinin davamında Əhməd Obalıya GünAz TV-nin izləyicilərinin sayı barədə sual verib. Televiziya rəhbəri ona cavab olaraq bildirib ki, Güney Azərbaycan Televiziyasının orta hesabla 10-12 milyon izləyicisi var.

 

“İranda yaşayan bir çox azərbaycanlı Azərbaycan Respublikasına səfər edir. Onlar bu ölkənin Sovet Hökuməti dağılandan sonra inkişafını müşahidə edir. Ölkənin müstəqillik əldə etdikdən sonra xeyli dəyişildiyi hər kəsə aydındır.

Güney Azərbaycana gəlincə əslində bölgə bir-birinə yapışıq ərazidən ibarətdir. Lakin hal-hazırda “Azərbaycan” sözü təkcə Qərbi və Şərqi Azərbaycan əyalətlərinin adında qeyd olunur. “Azərbaycan” sözü Ərdəbil, Zəncan, Qəzvin və s. kimi əyalətlərin üzərindən götürülüb.”- deyə Güney Azərbaycan Televiziyasının rəhbəri əlavə edib.

 

Proqramın aparıcısı İranda yaşayan azərbaycanlıların sosial tələbi barədə də sual ünvanlayıb. Buna cavab olaraq Əhməd Obalı qeyd edib ki, İranda yaşayan azərbaycanlılar, Azərbaycan Cümhuriyyətinin əhalisi kimi barış, xoşbəxtlik və işlərdə şəffaflıq tələb edirlər.

 

“Güney Azərbaycan, Şimali Azərbaycanla müqayisədə inkişaf etmək üçün daha geniş potensiala malikdir. Lakin İran hökuməti terrorizmi yaymaq üçün HƏMAS, İraq, Yəmən və harada terror varsa, vəsait xərcləyir. Bu vəsait əslində ölkə əhalisi və Azərbaycanın büdcəsidir.”- deyə Əhməd Obalı əlavə edib.

 

Səs Faylını dinləmək üçün bu LİNK-i tıklayın.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tehranda mədəni fəal həbs edilib

2022-05-18

gun az article

İbrahim Rəisi hökuməti edamların sayını artırıb

2022-05-18

gun az article

İsrailin kənd təsərrüfatı texnologiyaları Azərbaycanda uğurla tətbiq oluna bilər

2022-05-18

gun az article

Litva Prezidenti Şəhidlər xiyabanını ziyarət edib

2022-05-18

gun az article

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

2022-05-18

gun az article

Tehran Ticarət Palatası: "İranda inflyasiya Səudiyyə Ərəbistanından 17 dəfə çoxdur"

2022-05-18

gun az article

İranla sərhəddə hərbçilərimizə atəş açıldı

2022-05-18

gun az article

"İran xalqının taqəti tükənib"- Tanınmış rejissor Kann Festivalında hökuməti tənqid etdi

2022-05-18

gun az article

İranın İlam şəhərində silahlı qarşıdurma olub-Bir neçə nəfər öldürülüb

2022-05-18

gun az article

Ukraynanın bərpasında Rusiyanın dondurulmuş aktivlərindən istifadə oluna bilər

2022-05-18

gun az article

İsrailin müdafiə naziri İranla bağlı müzakirələr aparmaq üçün Amerikaya gedib

2022-05-18

gun az article

Azərbaycan və Litva prezidentləri görüşdü

2022-05-18

gun az article

İranda ərzaq üsyanı: İsfahanda izdihamlı mitinqlər keçirilib

2022-05-18

gun az article

Xamneyinin istefasını tələb edən ictimai fəal həbs edilib

2022-05-18

gun az article

İranda məhkum edam edilib

2022-05-18

gun az article

Müxalifət İrəvanda yenidən aksiyaya başlayıb, küçələri bağlamağa çalışır

2022-05-18

gun az article

Baş Qərargah: "Donetsk və Luqansk istiqamətində Rusiyanın 12 hücumu dəf edilib"

2022-05-18

gun az article

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqelərini intensiv atəşə tutub

2022-05-18

gun az article

İƏT PA-nın Üçüncü Ümumi Konfransının iştirakçıları Şuşaya yola düşüblər

2022-05-18

gun az article

İranda daha bir etirazçı gənc güllələnib

2022-05-18