SON XƏBƏRLƏR

GünAz TV-nin rəhbəri Əhməd Obalının Amerikanın radio şəbəkəsinə üçüncü Müsahibəsi

2021.10.20, 07:36
GünAz TV-nin rəhbəri Əhməd Obalının Amerikanın radio şəbəkəsinə üçüncü Müsahibəsi

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Televiziyasının qurucusu və rəhbəri Əhməd Obalı Azərbaycan Respublikasında qarşıdan gələn növbədənkənar parlament seçkiləri və Güney Azərbaycan mövzusu ətrafında Amerikanın "Westwood Van Network" Radio Şəbəkəsinə danışıb.

 

Aparıcı Con Bəçılır proqramın başlanğıcında Azərbaycan Respublikasında çox sayda gəncin namizədliyini irəli sürdüyü fevralın 9-da keçiriləcək parlament seçkilərindən söz açıb.

 

Hazırda Azərbaycan paytaxtı Bakıda olan Con Bəçılır sözügedən seçkilərin Güney Azərbaycan əhalisi üçün əhəmiyyəti barədə Əhməd Obalıya süal ünvanlayıb.

 

“Qeyd etdiyiniz kimi, Azərbaycan Respublikasında çox sayda gənc parlament seçkilərinə namizədliyini irəli sürüb. Azərbaycanda hər kəs seçkilərə namizədliyini irəli sürə bilər, onların hansısa hökumət orqanı tərəfindən təsdiqlənməsinə ehtiyac yoxdur. İranda da bir neçə həftə sonra parlament seçkiləri keçiriləcək, lakin fərqli şəkildə! Namizədlərin qeydiyyata alınması üçün hökumətin təsdiq etməsi lazımdır. Artıq müraciət edənlərdən çoxunun namizədliyi qeydə alınmayıb. Ona görə də Azərbaycandan fərqli olaraq İranda seçkilər real deyil. Azərbaycan Respublikasında hər kəs, o cümlədən gənclər seçkilərdə namizədliyini irəli sürə bilər.”- deyə Əhməd Obalı suala cavab olaraq bildirib.

 

Bundan sonra aparıcı verilişin qonağına rəsmi Vaşinqtonun İranın nüvə fəaliyyəti və yeni sanksiyalarla bağlı açıqlaması, eləcədə İranın iqtisadi durumu ilə bağlı sual ünvanlayıb.

Güney Azərbaycan Televiziyasının rəhbəri bu barədə deyib:

“İranda çox sayda zavod və istehsal müəssisəsinin bağlanması reallıqdir. Hökumət artıq neftini sata bilmir, neft sənayesi böhranla üzləşib. Amerikanın tətbiq etdiyi sanksiyalar ölkənin iqtisadiyyatına ciddi təsir göstərib. Hökumət artıq əhalinin pulunu onlardan oğurlayaraq xaric ölkələr və digər yerlərdə xərcləyə bilmir.”

 

Əhməd Obalı sözlərini belə davam etdirib: “Güney Azərbaycan əhalisi hökumətin dəyişməsi üçün xaricdən maksimum həddə təzyiq edilməsini istəyir. Azərbaycanlılar sərvət, qüdrət və imkanların ədalətli şəkildə paylanılmasını istəyir. Onların şimalı azərbaycanlı qardaşlarında olduğu kimi öz dövlətlərinə malik olmaq hüquqları var. Lakin bütün bunlar birbaşa sanksiyaların təzyiqi ilə əlaqəlidir. Sanksiyalar olmazsa, İran rejimi ildən-ilə daha çox qaniçən sistemə çevriləcək, əhali isə bunu istəmir.”

 

Con Bəçılır sözlərinin davamında Azərbaycan Respublikasının müstəqillik dövründə inkişaf etdiyinə işarə edərək bu məsələyə güney azərbaycanlıların baxışını soruşub.

GünAz TV-nin rəhbəri buna cavab olaraq bildirib ki, mən 1992-ci ildən neçə ayda bir Azərbaycan Respublikasına səfər edirəm. Güney Azərbaycandan da Şimali Azərbaycana səfər edənlərin sayı çoxdur. Onlar Azərbaycanda əldə edilən inkişaf, plüralizm və modernləşməni yaxından müşahidə edir. Güney azərbaycanlı gənclər əlindən gələni edir ki, bir gün Şimali Azərbaycanda olduğu kimi azadlıqda yaşasınlar. Şübhəsiz ki, onlar bu dəyişikliyi İran hökumətindən tələb etmir. Ona görə ki, hökumət heç zaman onları dinləməz. Gənclər çalışır ki, gələcəkdə özləri qüdrət və dövlətə malik olsunlar.”- deyə o bildirib.

 

Səs Faylını dinləmək üçün bu LİNK-ı tıklayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar