SON XƏBƏRLƏR

GünazTV April.23.2020: Donald Tramp “Green Kartla” baglı sənədi imzaladı.

2021.10.20, 07:36
GünazTV April.23.2020: Donald Tramp “Green Kartla” baglı sənədi imzaladı.

Gunaz.tv

Donald Tramp “Green Kartla” baglı sənədi imzaladı.

 

Trump Green Card -

Bizim möhtəşəm Amerikalı işcilərimizi qorumaq üçün, imiqrasiyanın dayandırılmasını nəzərdə tutan sənədi imzaladım. Bu sənəd, işsiz qalan Ameriaklıları işə qaytarmaqda kömək edəcək. İşə götürənlər birinci olaraq Amerikalıları seçməli olcaqlar. Bu ölkə iqtisadiyyatının açılması üçün çox vacibdir. Eyni zamanda bu bizim, sağlamlıq ehtiyyatlarımızı amerikalı müştərilərimiz üçün qorumuş olacaq. Biz əvvəlcə öz insanlarımızı qorumalıyıq, möhtəşəm ameriaklı işçilərimizi qorumalıyıq. Biz dövlət olaraq məhz bunu edirik. Mən bu otaga gəlmədən əvvəl bu sənədi imzalamışam. Bu çox-çox vacibdir. Buun müddəti ilə bağlı onu deyə bilərəm vaxtı gələndə ya uzadacağıq, ya da qıasaldacağıq. Amma indi bunun vaxtı deyil.

CDC direktoru

Mən  doğurdan da düşünürəmki bu məsələyə aydınlıq gətirmək vacibdir. Xüsusən indi çox vacibdir.Çünki həqiqəti deməklə amerikalıların özünə inamını gücləndirəcəyik. Mən onlara fikirlərimi belə demişdim. Gələn qış daha çətin ola bilər, nəyinki bu qış. Fikirim də budur ki, yuxarı nəfəs yollarının iki virusu daşıması çətin ola bilər. Qrip və COVİD-19. Məncə mən sizə başa salmalıyam nəyi mən deməmişəm. Mən demədim ki, bu daha pis olacaq, mən dedim ki  bu daha çətin olacaq. Bu təxmini daha çətin ola bilər dedim. 

Secretary of State – Mike Pompeo

İrana gəlincə, dediniz ki İran dünən axşam öz raketini göyə buraxdı. İran hakimiyyəti iddia edir ki, bu kommersiya maraqları üçün nəzərdə tutulub. Guya hərbi maraqlarla bağlılığı yoxdur. Məncə İranın peyk göndərməsi hamıya aydın göstərir ki, Amerika həqiqəti deyir. Həqiqət də odur ki, İran     bir terrorçu təşkilatdır. Həmin terrorçu təşkilat bu gün səmaya bir raket buraxdı. Mən bu barədə müdafiyə nazirliyinə məlumat vermişəm. Amma BMT təhlükəsizlik şurasının qərarları barədə danışarkən nəzərə almalısınız ki, hər bir ölkə bu tipli sınaqları edərkən BMT ilə razılaşdırmalıdır. Məncə bu BMT ilə  razılaşdırılmayıb və İran öz hərəkətlərinə görə  məsuliyyət daşımalıdır. Sonda onu demək istəyirəm ki, İran rejimi dünyada virusla bağlı yalan informasiyalar yayır və bunu etməkdə davam edir. Onların dediklərindən bəlli olur ki, onlar öz vətəndaşlarını sağaltmaq üçün dərman vasitələri lazımdır. Amma onlar xalqa bunu etmirlər. Əvəzində terrorçu fəaliyyətə hesablanan raketlər buraxırlar. Amerikanın gəmilərinə problemlər yaradırlar. Onlar radikal dini qruplaşmalara, Hizbullah terror təşkilatına kömək edirlər. Dünən mənim İranlı həmkarım Suriyada qatillə görüşürdü. Mən ümid edirəm İran rejimi öz insanlarının sağlamlığını düşünməyə dönəcək və həm də onların təhlükəsizliyi üçün çalışacaq. Siz  aydın  görə bilərsizki, İran coronovirusdan necə böyük zərbə alıb. Onların hələ də ehtiyyatları var. Bunun hamısına baxmayaraq İranda problem başlayanda Amerika iran xalqı üçün humanitar yardım təklif etmişdi. Amma İran rejimi bu təklifə yox dedi. Bu təklif hələ də qüvvədədir. Biz eyni zamanda  İran xalqına kömək etmək üçün başqa dövlətlərə yardım etmişik. Arzu edirəm İran öz xalqını ən azından başqa dövlətlərin onları düşündüyü qədər düşünsün.

Qənirə Ataş, Günaz TV-nin Vaşinqton bürosu.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar