SON XƏBƏRLƏR

GünazTV April.23.2020: Məhəmməd Cavad Zərif Suriyalı həmkarı Valid Moallem və Suriyanın prezidenti Bəşar Əsədlə görüşmək üçün 20 aprel Bazar ertəsi günü Suriyaya getdi.

2021.10.20, 07:36
GünazTV April.23.2020: Məhəmməd Cavad Zərif Suriyalı həmkarı Valid Moallem və Suriyanın prezidenti Bəşar Əsədlə görüşmək üçün 20 aprel Bazar ertəsi günü Suriyaya getdi.

Gunaz.tv

Məhəmməd Cavad Zərif Suriyalı həmkarı Valid Moallem və Suriyanın prezidenti Bəşar Əsədlə görüşmək üçün 20 aprel Bazar ertəsi günü Suriyaya getdi.

İran xarici işlər nazirinin Suriyaya bir günlük səfəri, koronavirus böhranı üzündən yüksək səviyyəli rəsmilər arasındakı bütün diplomatik görüşlərin virtual söhbətlərə məhdudlaşdığı bir vaxtda gəldi.

Zərifin Suriyaya səfəri İran rəsmiləri üçün görüşün əhəmiyyətini göstərir. İranın yerli mediası Məhəmməd Cavad Zərifin Koronavirus böhranının başlanğıcından bəri ilk xarici səfərinin məqsədinin Suriyadakı vəziyyəti araşdırmaq və koordinasiya və ikitərəfli əlaqələri davam etdirmək olduğunu bildirsə də, bir çox müşahidəçi və analitikin fərqli fikirləri var.

Məsələn, Londonda yayımlanan ərəbdilli "Ray al-Youm" qəzetinin baş redaktoru Zərifin Suriyaya həssas səfərini və Bəşər Əsədlə görüşünü Ərəblərin Dəməşqlə münasibətlərini normallaşdırmaq cəhdləri" ilə əlaqələndirib. Bu qəzetin məqaləsi belə yazır "Deyilə bilər ki, bu səfər, son günlərdə və həftələrdə Dəməşq və Suriya rəhbərliyi üçün getdikcə açılan qapılar və bu prosesin daha da güclənməsi və siyasi vəziyyət barədə İran hakimiyyətini məlumatlandırmaq cəhdidir, deyə məqalədə bildirilir.

İranın "Astana Prosesi" kimi tanınan Suriyanın gələcəyi ilə bağlı beynəlxalq danışıqlarda mövqeyinin zəifləməsindən narahatlığı səfərin digər səbəbidir. Bununla əlaqədar Suriyanın Əl-Watan qəzeti, adının çəkilməsini istəməyən bir xarici mənbəyə istinadən, Məhəmməd Cavad Zərifin Suriyaya səfərinin məqsədinin Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin 22 aprel Çərşənbə günü Suriyadakı vəziyyəti müzakirə etmək üçün  keçirilən video görüşmədən əvvəl Suriyalı səlahiyyətlilərlə görüşmək olduğunu söyləyib.

Zərifin Suriyaya səfəri ABŞ-ın reaksiyasına səbəb oldu. ABŞ Dövlət Departamentinin sözçüsü Morgan Ortagus İran hökumətinin İran xalqının pullarıyla Bəşər Əsədə verdiyi yardımı tənqid etdi. Bazar ertəsi günü bir Twitter mesajında Ortagus, İran hökumətinin Bəşər Əsədə 2012-ci ildən bəri 10 milyard dollardan çox pul ödədiyini, bildirərək əlavə etdi ki görək rejimin "böyük savunucusu" "talan edilən" pullardan nə qədərini Şama aparıb.

"İran rejiminin Suriyaya qarışmasının yeganə töhfəsi zorakılıq və qeyri-sabitlik olub" deyə Ortagus tvit etdi. "Rejim Suriya xalqının sağlamlığı və təhlükəsizliyi üçün həqiqətən narahat olsaydı, İnqilab Keşikçiləri, Livan Hizbullahı və dəstəklədiyi və əmri altında olan digər terrorçu qüvvələri geri çəkərdi."

ABŞ-ın Suriya üzrə xüsusi elçisi Ceyms Cefri də çərşənbə axşamı günü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin Suriya prezidenti Bəşər Əsədlə görüşü ilə bağlı açıqlama verərək bildirib ki, əgər İran həqiqətən də Suriya xalqının təhlükəsizliyi və sağlamlığından narahat olsaydı BMT-nin dəstəklədiyi siyasi prosesi dəstəklərdi.

İranın Suriyanın ərəb ölkələrinə yaxınlaşmasından duyduğu narahatlıq İran rejiminin Bəşər Əsəd rejiminə milyardlarla dollar xərcləməsi vaxtda gəlir və BMT-nin ehtiyatlı hesablamalarına görə İran Suriyaya orta hesabla illik "6 milyard dollar" xərcləyir.

Suriyaya bu yardım miqdarı ödənilən nağd subsidiyalar üçün illik büdcənin təxminən yarısına bərabərdir. Əlbəttə, bu rəqəmlərə qeyri-hərbi yardımlar, o cümlədən İran rejiminin Suriyadakı ziyarətgahların yenidən qurulmasında verdiyi yardımlar daxil deyil.

 

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar