SON XƏBƏRLƏR

GünazTV April.24.2020: İranın media azadlığı reytinqində üç pillə geriləməsi

2021.10.20, 07:36
GünazTV April.24.2020: İranın media azadlığı reytinqində üç pillə geriləməsi

Gunaz.tv

İranın media azadlığı reytinqində üç pillə geriləməsi

Sərhədsiz Reportyorların 2 aprel çərşənbə axşamı yayımladığı son mətbuat azadlığı indeksinə görə İran 180 ölkə arasında 173-cü yerdə qərarlaşıb. Norveç, Danimarka və Finlandiya da ən azad mətbuatı olan ölkələr olaraq 1-ci, 2-ci, və 3-cü sıralarda qərarlaşıblar.

Təşkilatın 2019-cu il hesabatında İranın reytinqi 170 ikən bu il üç pillə geriləyib. Odur ki İranın Dünya Media Azadlıq Xəritəsində qara rənglə qeyd olunan 17 ölkədən biri halına gətirilib.

 "İran İslam Respublikası jurnalistlər və vətəndaş jurnalistlər üçün dünyanın ən basqıcı ölkələrindən biridir" deyə Sərhədsiz Reportyorlar Təşkilatının açıqlamasında bildirilir. İranda xəbərlər və məlumatlara hərtərəfli dövlət nəzarəti var. Ən azı 860 jurnalist və vətəndaş jurnalist 1979-cu ildən 2009-cu ilə qədər təqib olunub, tutulub, həbs olunub və ya edam edilib."

Hesabatda əlavə olunur ki, İran rejimi son illərdə beynəlxalq mediaları hədəf alaraq sərhədlərdən kənarda təzyiqlərini genişləndirmişdir. Hesabata görə: "Son qırx bir il ərzində İranda hökumət tərəfindən xəbər və məlumatlara nəzarət hərtərəfli aparılır. İslam Respublikası əksər xəbər medialarını əlində saxlayır və müstəqil jurnalistlər, vətəndaş jurnalistlər və xəbər mediaları ilə münasibətdə heç vaxt yumşaq davranmır. Bu istiqamətdə inqilab məhkəmələrindəki ədalətsiz mühakimələrdən sonra qorxutma, özbaşına tutuqlama və uzun müddətli həbsetmə vasitələrindən istifadə edir. Bu basqı yalnız ölkənin sərhədləri ilə məhdudlaşmır. Dünya medialarının xarici və İranlı müxbirləri çox təzyiq altındadırlar. "Sərbəst və asılı olmadan fəaliyyət göstərən medialar və müqavimət göstərən KİV-lər məlumat vermək vəzifələrini yerinə yetirməkdə çətinlik çəkirlər."

Bu sıralamada maraqlı məqamlardan biri İran rejiminə yaxın olan üç ölkənin, yəni Suriya, Çin və Şimali Koreyanın cədvəlin ən dibində olmaları və müvafiq olaraq 174-cü, 177-ci və 180-ci yerlərdə qərarlaşmalarıdır.

Digər tərəfdən Amnesty İnternational, 22 Aprel Çərşənbə axşamı İran rejiminin dünya edam siyahısının başında qaldığını ifadə edən bir illik hesabat yaydı. Bu hesabata görə, İran rejimi keçən il ardıcıl olaraq dünyada ikinci ən çox edam edən ölkə elan edildi. Odur ki dünyadakı bütün edamların 38% -i İrana aiddir.

Amnesty İnternational təşkilatının məlumatına görə, İran rejimi keçən il 251 nəfəri edam etdi, ki onlardan 13-ü açıq sahələrdə edam edildi. Hüquq müdafiəçilərinin dediklərinə görə bu biçimdə edam təkcə qeyri-insani deyil, həm də cəmiyyətdə zorakılığı təbliğ edir. Amnesty International bildirir ki, İran rejimi uşaqları edam etməyə davam edən azsaylı ölkələrdən biridir.

İranda keçən il ən azı dörd yetkinlik yaşına çatmayan  məhkum edam edildi. Halbuki 18 yaşına çatmayanların edamı İranın da 1993-cü ildən bəri qoşulduğu Beynəlxalq Uşaq Hüquqları Konvensiyasını pozur.

Əhməd Haşimi, Günaz TV, Vaşinqton

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar